Telegram istifadəçisinə nikinə görə 25 milyon dollar təklif edildi - Tech Xəbər

Texnoloji İnkişaf

Telegram istifadəçisinə nikinə görə 25 milyon dollar təklif edildi

7
Link kopyalandı

12

31.07.2025, 08:15

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Telegram istifadəçilərindən biri, 2,5 il əvvəl 350 min dollara satın aldığı @crypto adlı hesabına görə 25 milyon dollarlıq təklif alıb. Bu barədə Telegram-ın həmtəsisçisi Pavel Durov öz şəxsi kanalında məlumat verib.

Durov bildirib ki, "TON layihəsinin ilk istifadəçilərindən biri, Telegram-da @crypto adlı istifadəçi adını 350 min dollara almışdı və bu yaxınlarda həmin ada görə 25 milyon dollarlıq təklif alıb."

Hesab sahibi bu təklifi qəbul etməyib və unikal istifadəçi adlarına marağının davam etdiyini vurğulayıb. O deyib ki, "Əgər bu cür hesabları məndən almaq mümkün deyilsə, mən onların hamısını almaq istəyirəm."

Bu cür yüksək qiymətlərin səbəbi, Telegram platformasında nadir və qısa istifadəçi adlarının böyük dəyərə malik olması ilə izah edilir. Belə hesablar, xüsusilə kripto valyuta və texnologiya sahələrində fəaliyyət göstərən şirkət və şəxslər üçün daha cazibədar hesab edilir.

7
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)