Telegram qanunsuz məlumat yayımı ilə bağlı kanalları bloklayacaq
47
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizTelegram administrasiyası bu həftə doksing (şəxsi məlumatların qanunsuz yayılması) və şantajla məşğul olan bir çox kanalı bloklayacağını açıqlayıb. Bu barədə Telegram-ın yaradıcısı Pavel Durov öz Telegram kanalında məlumat verib. Day.Az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, Durov bildirib ki, 20 gün əvvəlki paylaşımından sonra istifadəçilər yüzlərlə fırıldaqçılıq şikayəti göndərib. Bu məlumatların əsasında, administratorların böhtan yayıb daha sonra qurbanlardan pul alaraq silməsi kimi halların baş verdiyi kanalları bloklamaq qərarına gəlinib.
Durov qeyd edib ki, komandanın bu pozuntularla bağlı "inkaredilməz sübutları" mövcuddur. Bundan əlavə, "müdafiə bloklamaları" adlanan sxemlər də aşkarlanıb. Bu sxemlərdə qurbanlar, fırıldaqçılara təzyiqin dayandırılması üçün pul ödəyirlər.
Durov, cinayətkarlara xəbərdarlıq edərək bildirib: "Yeni kanallar açmağa vaxt itirməyin. Telegram doksing və şantaj üçün yer deyil."