Teleqram Böyük Britaniyada yeni funksiya təqdim etdi - Tech Xəbər

Texnoloji İnkişaf

Teleqram Böyük Britaniyada yeni funksiya təqdim etdi

40
Link kopyalandı

47

29.07.2025, 09:30

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Teleqram messenceri Böyük Britaniyada istifadəçilərin yoxlanılması üçün real üz tanıma texnologiyasına əsaslanan rəsmi bot istifadəyə verib. Bu barədə “Durova Code” portalı məlumat yayıb. Yeni funksiya yalnız Böyük Britaniyada mövcuddur və yerli qanunvericilik tələblərini qarşılamaq məqsədini güdür. Digər ölkələrdəki istifadəçilər üçün bu yenilik hələ əlçatan deyil. Bot təsvirində qeyd olunub ki, istifadəçi şəkilləri və məlumatları yalnız cihazda emal olunur, xarici serverlərə ötürülmür. Qeyd edək ki, iyulun 25-də Böyük Britaniyada yetkinlik yaşına çatmayanları zərərli məzmundan qorumaq üçün onlayn platformalar üçün yeni qaydalar qüvvəyə minib.

40
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)