“Tərlan - 2025” PUA təlimi uğurla başa çatdı - Tech Xəbər

Texnoloji İnkişaf

“Tərlan - 2025” PUA təlimi uğurla başa çatdı

18
Link kopyalandı

24

17.07.2025, 05:52

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə təşkil olunan “Tərlan - 2025” Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində birgə taktiki-uçuş təlimi uğurla yekunlaşıb. Təlim zamanı qarşıya qoyulan tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib.

Plana uyğun olaraq mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdiriblər. Təlim çərçivəsində həm taktiki, həm də əməliyyat PUA-larının uçuşları həyata keçirilib. Əraziyə çıxarılan mini PUA-lar vasitəsilə əvvəlcədən aşkar edilmiş hədəflər barədə detallı kəşfiyyat məlumatları toplanıb. Daha sonra əməliyyat-taktiki PUA-lar vasitəsilə həmin hədəflər dəqiqliklə zərərsizləşdirilib.

Təlim rəhbərliyi şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndirib. Təlimin sonunda “Tərlan - 2025” birgə taktiki-uçuş təlimində xüsusi fərqlənən Azərbaycan və Qazaxıstan hərbi qulluqçuları “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı və qiymətli hədiyyələrlə təltif olunub. İştirakçılara sertifikatlar təqdim edilib və xatirə şəkli çəkilib.

18
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)