Texnoloji İnkişaf
Tesla avtomobillərinə video oyun qrafikası əlavə ediləcək
23
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizTesla elektromobillərinin proqram təminatı (PT) məşhur oyun qrafikası mühərriki olan Unreal Engine ilə işləyəcək. Bu barədə Not a Tesla App bloqunda məlumat verilib və Day.Az Lent.ru-ya istinadən xəbər yayıb. Unreal Engine, Epic Games-in hazırladığı və müasir video oyunlarında geniş istifadə olunan populyar bir qrafik mühərrikidir.
Tesla avtomobillərində Unreal Engine interfeysin vizualizasiyasını yaxşılaşdırmaq, avtomobil ətrafındakı 3D obyektləri göstərmək və üçölçülü xəritələr qurmaq üçün istifadə ediləcək. Hazırda Tesla elektromobillərində pulsuz Godot mühərriki istifadə olunur.
Not a Tesla App bloqunun həvəskarları qeyd ediblər ki, Unreal Engine yalnız interfeysin vizualizasiyasını yaxşılaşdırmaqla məhdudlaşmayacaq. Böyük ehtimalla, bu oyun mühərriki ətraf mühitin real təsvirini təmin edəcək. Hal-hazırda Tesla-nın avtonom idarəetmə sistemi ekranında yol konuslarını, sürətni azaltmaq üçün yerləşdirilmiş "yatan polisləri" və digər obyektləri göstərə bilmir. "Tesla, yəqin ki, bütün məlumatları deyil, yalnız istifadəçi üçün vacib olanları vizuallaşdırmaq istəyir", - deyə mütəxəssislər bildiriblər.
Bununla yanaşı, Unreal Engine güclü bort kompüterinə ehtiyac duyacaq. Not a Tesla App müəllifləri ehtimal ediblər ki, yeni mühərrik yalnız AMD prosessoruna malik avtomobillərdə dəstəklənəcək, daha köhnə Intel prosessorlu modellər isə Godot mühərrikində qalacaq.