Tesla-nın Robot Taksi Xidməti Nyu-Yorkda İcazəsiz İşə Başlayır - Tech Xəbər

Texnoloji İnkişaf

Tesla-nın Robot Taksi Xidməti Nyu-Yorkda İcazəsiz İşə Başlayır

14
Link kopyalandı

19

14.08.2025, 06:23

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Tesla korporasiyası Nyu-Yorkda pilotsuz taksi xidmətini işə salmağa hazırlaşır. Bu barədə CNBC televiziya kanalı məlumat yayıb və Day.Az Gazeta.ru-ya istinadən xəbər verir. Şirkətin internet səhifəsində sürücü vakansiyalarının siyahısı aşkar edilib. Bu sürücülər sərnişin daşınması xidmətlərini həyata keçirəcək və Tesla-ya süni intellektin (Sİ) təlimi üçün məlumat toplamaqda kömək edəcək.

Vakansiya üçün iş yeri olaraq Nyu-Yorkun Kvins rayonu göstərilib. Buna bənzər vakansiya Tesla tərəfindən daha əvvəl Bruklin rayonu üçün də elan edilmişdi. Görünən odur ki, Tesla taksi xidmətini Nyu-Yorkda sürücü ilə birlikdə işə salmağa hazırlaşır. Jurnalistlər qeyd edirlər ki, şəhər qaydalarına əsasən pilotsuz nəqliyyat vasitələrinin test edilməsi və ya işlədilməsi zamanı sükan arxasında mütləq bir insan olmalıdır. Bundan əlavə, operator hakimiyyət orqanlarından icazə almalıdır. Nyu-York Nəqliyyat Departamentinin nümayəndəsi CNBC-yə bildirib ki, Tesla bu icazəni almaq üçün müraciət etməyib.

Pilotsuz avtomobillərin test edilməsi işinə Nyu-Yorkda başqa bir şirkət - Şimali Amerikada robot taksi sahəsində lider olan Waymo da başlamağa hazırlaşır. Onların yerli nəqliyyat departamentinə təqdim etdiyi müraciət hazırda baxılma mərhələsindədir.

14
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)