Tesla robotlarının istehsalı ilə bağlı hədəflər geridə qalır - Tech Xəbər

Texnoloji İnkişaf

Tesla robotlarının istehsalı ilə bağlı hədəflər geridə qalır

8
Link kopyalandı

15

28.07.2025, 17:15

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Tesla korporasiyası, baş direktoru İlon Maskın cari ilin sonuna qədər 5000 Optimus robotunu istehsal etmə planında ciddi geriliklə üzləşib. Bu barədə "The Information" nəşri məlumat yayıb və bu xəbər "Day.Az" tərəfindən "Lenta.ru" istinadən təqdim olunub. Mart ayında Mask, X sosial platformasında izləyicilərinə ilin sonuna qədər Tesla-nın bu sayda robot istehsal edəcəyini vəd etmişdi. Lakin insayderlərin verdiyi məlumata görə, hazırda yalnız bir neçə yüz humanoid robot istehsal olunub.

"Bu, ya Tesla-nın istehsal prosesini sürətləndirməli, ya da hədəfin tarixini dəyişməli olduğunu göstərir," deyə jurnalistlər qeyd ediblər. Onların sözlərinə görə, İlon Mask tez-tez reallıqdan uzaq proqnozlar verməsi ilə tanınır. Məsələn, o, 2019-cu ildə artıq 2020-ci ildə ABŞ-da bir milyon robot taksi olacağını vəd etmişdi. Lakin bu xidmət yalnız 2025-ci ildə işə düşüb. Bundan əlavə, iyul ayının əvvəlində humanoid robotların yığılması üzrə istehsal xətti problemlər səbəbindən dayandırılıb.

Bununla belə, İlon Mask yaxınlarda Tesla-nın Optimus robotlarının istehsalını genişləndirəcəyini bəyan edib. Onun qiymətləndirmələrinə əsasən, şirkət beş il ərzində illik bir milyon ədəd istehsal səviyyəsinə çatacaq. "Bu, məqsədəuyğun bir hədəfdir," deyə milyarder iyulun sonunda bildirib.

8
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)