Texnoloji İnkişaf
TikTok və Elm və Təhsil Nazirliyi #AzərbaycanMüəllimləri müsabiqəsinin nəticələrini açıqladı
19
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizTikTok platforması Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ilk dəfə təşkil edilən #AzərbaycanMüəllimləri müsabiqəsinin nəticələrini açıqlayıb. Bu müsabiqə ölkənin müxtəlif bölgələrindən yaradıcı yanaşmalarla təhsili və bilikləri populyarlaşdıran müəllimləri bir araya gətirdi. Müsabiqədə orta məktəb, kolleclər və ali təhsil müəssisələrinin müəllimləri iştirak edə bilərdilər. İştirakçılardan tələb olunan isə TikTok platformasında öz tədris mövzularını əks etdirən maarifləndirici videolar paylaşmaq idi. Ölkənin hər yerindən yüzlərlə müəllim bu müsabiqəyə qatıldı və #AzərbaycanMüəllimləri haştaqı ilə paylaşılan təhsil mövzulu videoların sayı 4 mindən çox oldu. Müsabiqənin qalibləri üç müəllim oldu. Onlar yüksək keyfiyyətli tədris videoları paylaşaraq böyük izləyici sayı və baxış əldə etdilər:
• Günel Əkbər – Bakı şəhəri 12 nömrəli orta məktəbin ibtidai sinif müəllimi. Günel TikTok-da böyük populyarlıq qazanıb və hazırda 700 mindən çox izləyiciyə sahibdir. O, platformada həm maarifləndirici məzmun, həm də şagirdlərin gündəlik həyatından xoş və təsirli anlar paylaşır.
• Aysel Yaqub – Bakı şəhəri “Simurq” liseyinin riyaziyyat və informatika müəllimi. Aysel şagirdləri ilə sıx əlaqə saxlayır və TikTok-da müxtəlif riyazi məsələlərin həlli ilə bağlı faydalı məsləhətlər paylaşır.
• Bəxtiyar Bəxtiyarlı – Yardımlı rayonunda İlqar Şəkərov adına orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi. O, videolarında həm kompleks mövzuları izah edir, həm də Azərbaycan ədəbiyyatının tanınmış simaları haqqında məlumat verir.
TikTok-un Azərbaycan, Türkiyə, Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyat departamentinin rəhbəri Melis Çağlar müsabiqə ilə bağlı fikirlərini bölüşərək deyib: "Bu il Elm və Təhsil Nazirliyinin dəstəyi ilə müəllimlər üçün yeni bir təşəbbüs başlatdıq. Azərbaycanda çoxlu istedadlı müəllimlərin olduğunu görürük və onlar qısa videolar vasitəsilə təhsil məzmununu çatdırmaqda ustalıq nümayiş etdirirlər. Ümid edirik ki, bu müsabiqə Azərbaycanda gözəl bir ənənə halını alacaq və müəllimlərin sayəsində TikTok-da müxtəlif fənlər üzrə daha çox bilik əlçatan olacaq."
Müsabiqənin qaliblərinə dəyərli mükafatlar təqdim olunacaq. Onlar TikTok platformasında daha keyfiyyətli məzmun yaratmağa kömək edəcək iPhone 16 Pro smartfonları ilə mükafatlandırılacaq.
TikTok haqqında: TikTok qısa videolar yaratmaq üçün dünyada lider tətbiqdir. Onun missiyası insanları yaradıcılığa ilhamlandırmaq və sevinc bəxş etməkdir.