Texnoloji İnkişaf
Trendyol, Baykar və ADQ Türkiyədə yeni fintech platforması qurur
34
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizTrendyol Qrupu, Baykar şirkətinin baş direktoru Haluk Bayraktar, Birləşmiş Ərəb Əmirlikləri mənşəli investisiya fondu ADQ və Çinli maliyyə texnologiyaları şirkəti Ant International birgə əməkdaşlıqla Türkiyədə yeni fintech platforması qurmağa hazırlaşır. Bu platformanın məqsədi e-ticarət, rəqəmsal bankçılıq, süni intellekt və sığorta kimi sahələrdə inteqrasiya olunmuş xidmətlər təqdim etməkdir. Bu əməkdaşlıq, xüsusilə fərdi istifadəçilər və kiçik sahibkarlar üçün maliyyə xidmətlərinə daha asan və sürətli çıxış imkanı yaradacaq. Yeni fintech şirkətinin fəaliyyətə başlaması yaxın aylarda planlaşdırılır.
Bu yeni platformanın strukturu Baykar-ın kibertəhlükəsizlik və süni intellekt sahəsindəki texniki gücü, Trendyol-un rəqəmsal infrastruktur və geniş istifadəçi bazası, eləcə də Ant International-ın qlobal fintech təcrübəsini bir araya gətirəcək. Trendyol Qrupu prezidenti Çağlayan Çətin bu barədə açıqlamasında bildirib: “Bu əməkdaşlıqla Türkiyə iqtisadiyyatının rəqəmsallaşmasına təkan verəcək və texnologiya yönümlü maliyyə həllərində nümunəvi bir model yaradacağıq. Güclü data analitikası qabiliyyətlərimizdən istifadə edərək, xüsusilə 250 mindən çox satıcımızın e-ticarət və e-ixrac imkanlarını artırmaq üçün maliyyə xidmətlərini daha əlçatan edəcəyik. Bununla da ölkə iqtisadiyyatına uzunmüddətli və davamlı töhfə verəcəyik.”
Baykar-ın baş direktoru Haluk Bayraktar isə layihənin məqsədini belə ifadə edib: “Bu əməkdaşlıqla Baykar-ın süni intellekt həlləri və möhkəm texniki infrastrukturu, Trendyol-un geniş istifadəçi şəbəkəsi və maliyyə texnologiyaları təcrübəsi ilə birləşir. Məqsədimiz daha sürətli, etibarlı və hər kəs üçün əlçatan həllər yaratmaqdır. Risk idarəetməsi və təhlükəsizlik sahəsində yüksək standartları əsas tutaraq, tamamilə yerli maliyyə texnologiyaları infrastrukturu quracağıq. Bu addım Milli Texnologiya Hərəkatına güc qatacaq. Bu layihədə iştirak edən bütün komandalarımıza təşəkkür edirəm.”