TSMC rekord rüblük mənfəət əldə etdi - Tech Xəbər

Texnoloji İnkişaf

TSMC rekord rüblük mənfəət əldə etdi

20
Link kopyalandı

28

17.07.2025, 13:40

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

2025-ci ilin aprel-iyun aylarında Taiwan Semiconductor Manufacturing Company (TSMC) adlı yarımkeçirici istehsalçısı, 398,3 milyard Tayvan dolları (13,5 milyard ABŞ dolları) həcmində rekord mənfəət əldə edib. Bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 60,7% artım deməkdir. Bu barədə Reuters agentliyi məlumat yayıb.

TSMC artıq ardıcıl beşinci rübdür ki, iki rəqəmli artım nümayiş etdirir. Şirkət bu nəticələri süni intellekt texnologiyalarını dəstəkləyən çiplərə olan yüksək tələbatla əlaqələndirir.

Şirkət iyul-sentyabr dövrü üçün gəlirlərdə 40% artım, 2025-ci il ərzində isə ümumilikdə təxminən 30% artım proqnozlaşdırır. Bununla yanaşı, dördüncü rübdə gəlirlərin ABŞ-ın tətbiq etdiyi gömrük rüsumları və digər amillərə görə ciddi şəkildə azalacağı gözlənilir.

Mart ayında ABŞ Prezidenti Donald Tramp TSMC-nin Apple və Nvidia kimi şirkətlərlə əməkdaşlıq çərçivəsində ABŞ ərazisində yerləşən müəssisələrinə ən azı 100 milyard dollar sərmayə yatıracağını açıqlamışdı. Prezidentin sözlərinə görə, bu pullar Arizonada beş qabaqcıl istehsal obyektinin tikintisinə sərf olunacaq və yüksək maaşlı iş yerləri yaradacaq.

Bundan əvvəl Google-un Tensor çiplərini TSMC-yə sifariş etməsi Samsung-u təəccübləndirmişdi.

20
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)