Türk startapı Airalo qlobal səviyyədə ilk eSIM “unicorn” oldu - Tech Xəbər

İnnovasiya və Startaplar

Türk startapı Airalo qlobal səviyyədə ilk eSIM “unicorn” oldu

30
Link kopyalandı

39

14.07.2025, 07:30

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Türkiyədə təsis edilmiş Airalo startapı, qlobal səviyyədə ilk eSIM provayderi olaraq “unicorn” statusu qazandı. Şirkət, CVC Capital Partners-in rəhbərliyi ilə keçirilmiş yeni maliyyələşmə raundunda 220 milyon dollar dəyərində investisiya cəlb edib. Bu yeni investisiya nəticəsində Airalo-nun ümumi dəyəri 1 milyard dolları keçib və bu nailiyyət şirkəti öz sahəsində lider mövqeyinə yüksəldib.

Airalo-nun xidmətləri hazırda 200-dən artıq istiqamətdə 20 milyondan çox səyahətçi tərəfindən istifadə edilir. Şirkət bu yay istifadəyə veriləcək yenilənmiş mobil tətbiqi və limitsiz data paketləri ilə qlobal rabitə sahəsində yeni standartlar təyin etməyi qarşısına məqsəd qoyub. Şirkətin tətbiqi istifadəçilərə fiziki SIM karta ehtiyac olmadan sərfəli qiymətlərlə yüksəkkeyfiyyətli rouminq xidməti təqdim edir.

Maliyyələşmə raundunda əsas investisiya mənbəyi CVC Asia Fund VI olub və bu fond çərçivəsində 185 milyon dollar cəlb edilib. Bundan əlavə, mövcud investorlar Peak XV və Antler Elevate də bu raundda iştirak ediblər. Toplanan vəsait əsasən müştəri təcrübəsinin təkmilləşdirilməsinə, yeni məhsulların hazırlanmasına və xidmət keyfiyyətinin artırılmasına yönəldiləcək. Şirkət eyni zamanda korporativ müştərilər üçün eSIM platformasının təkmilləşdirilməsi istiqamətində işlərini genişləndirəcək.

Airalo-nun təsisçisi və baş direktoru Ahmet Bahadır Özdemir, bu uğurla bağlı açıqlamasında bildirib: “Bu investisiya yalnız Airalo üçün deyil, qlobal əlaqə sahəsinin gələcəyi üçün də mühüm mərhələdir. Biz artıq səyahət üçün eSIM-lərlə kifayətlənmirik, beynəlxalq mobil əlaqənin növbəti nəsli üçün infrastruktur qururuq.”

Qeyd edək ki, Airalo-nun qlobal səviyyədə genişlənən fəaliyyəti artıq Azərbaycan bazarına da daxil olub. Şirkət, Azərbaycan Hava Yolları (AZAL) ilə əməkdaşlıq çərçivəsində sərnişinlərə eSIM xidmətlərini təqdim edir. Bu tərəfdaşlıq sayəsində Airalo, Azərbaycanda da istifadəçilərə innovativ və sərfəli rabitə həlləri təqdim edir.

Bu nailiyyətlə Türkiyədə “unicorn” statusu qazanan startapların sayı səkkizə çatıb.

30
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)