Türkiyədə 5 gün sonra - Milyonlarla Telefon Şəbəkəsiz Qala bilər - Tech Xəbər

Türkiyədə 5 gün sonra - Milyonlarla Telefon Şəbəkəsiz Qala bilər

Link kopyalandı

77

Dünən, 17:17

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Milyonlarla telefon şəbəkədən ayrılma riski ilə üz-üzə

Türkiyədə 2025-ci ilin son günlərinə yaxınlaşdıqca mobil telefon istifadəçilərini narahat edən kritik bir xəbər yayılıb. 31 dekabr 2025-ci ildən IMEI nömrəsi aktiv olmayan telefonlar şəbəkədən çıxarılacaq. Bu, 1 yanvar 2026-dan etibarən həmin cihazların zəng və mobil internet xidmətlərindən istifadə edə bilməyəcəyi deməkdir.

IMEI (International Mobile Equipment Identity - Mobil Avadanlığın Beynəlxalq Tanınma Kodu) hər bir mobil cihaz üçün unikal bir 15 rəqəmli seriya nömrəsidir, cihazın xüsusi kimliyi sayılır, oğurlanmış telefonların tapılmasına, qeydiyyatına və bloklanmasına kömək edir, cihazı şəbəkədə fərqləndirir və yalnız mobil istehsalçılarına verilir, (*#06# yığaraq tapmaq olur).

Qaydalara əsasən hansı telefonlar risk altındadır?

Türkiyədə 2024-cü ildə qüvvəyə minmiş qaydalara görə, BTK-nın (Türkiyənin milli telekommunikasiya tənzimləmə və təftiş orqanı) qeydiyyatında olan, lakin bir il ərzində mobil şəbəkəyə qoşulmayan cihazlar 'istifadə olunmamış telefonlar' kimi təsnif edilir. Bu cihazların IMEI nömrələri aktiv bazadan silinir və passiv siyahıya köçürülür. Nəticədə cihazlar işləsə də, zəng və mobil internetdən istifadə mümkün olmur.

İnsanlar üçün nə deməkdir?

Bu vəziyyət təxminən 3 milyon mobil telefon istifadəçisini birbaşa təsir edəcək.

İstifadəçilər cihazlarının bağlanmasının qarşısını almaq üçün ilin sonuna qədər tədbir görməlidirlər. Mobil şəbəkəyə qoşulmaq, aktiv SIM kartdan istifadə etmək və cihazın şəbəkə siqnalı almasını təmin etmək bu problemi həll etmək üçün əsas addımlardır.

Link kopyalandı