Videomüşahidə kameralarının kibermüdaxiləyə məruz qalması ilə bağlı tədbirlər görülüb - Tech Xəbər

Texnoloji İnkişaf

Videomüşahidə kameralarının kibermüdaxiləyə məruz qalması ilə bağlı tədbirlər görülüb

10
Link kopyalandı

18

21.07.2025, 08:00

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkə ərazisində baş verən kibertəhdidlərə qarşı mübarizə istiqamətində kompleks tədbirlər həyata keçirib. Bu tədbirlər çərçivəsində video müşahidə kameralarının idarəetmə qurğularına (DVR) qlobal internet şəbəkəsi üzərindən icazəsiz qoşulmaların qarşısı alınıb. Məlum olub ki, bu kameralar vasitəsilə sakinlərin şəxsi və ailə həyatına dair gizli məlumatlar qeydə alınaraq xarici internet resurslarına yerləşdirilib.

Araşdırmalar zamanı müxtəlif ünvanlarda yerləşən videomüşahidə kameralarının görüntülərinin real vaxt rejimində izlənilməsi imkanına malik istifadəçi hesablarının satışa çıxarıldığı da müəyyən edilib. Bu qanunsuz hərəkətlərlə əlaqədar DTX tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kibermüdaxilənin zərərli nəticələrinin aradan qaldırılması təmin edilib.

Təxirəsalınmaz tədbirlər nəticəsində kibermüdaxiləyə məruz qalmış müşahidə kameralarının yerləşdiyi ünvanlar təsbit edilib və bu cihazlara texniki baxış zamanı ümumi təhlükəsizlik boşluğu aşkarlanıb. Məhz bu boşluq kibermüdaxilənin əsas səbəbi kimi müəyyən edilib. Eyni zamanda, təhlükəsizlik boşluğunun aradan qaldırılması xarici istehsalçı şirkətdən tələb edilib və kibermüdaxiləyə məruz qalmış kameraların videogörüntüləri xarici internet resurslarından silinib.

DTX vətəndaşlara informasiya-kommunikasiya vasitələri ilə bağlı müvafiq qaydalara ciddi riayət etmələrini tövsiyə edir. Xüsusilə, mənşəyi və texniki göstəriciləri məlum olmayan avadanlıqlardan istifadə zamanı diqqətli olmaları vacibdir.

10
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)