Robot və Cihazlar
Vivo V60: Orta büdcəli smartfonun təqdimatı
15
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizVivo şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət Vivo V60-dan gedir. Bu model böyük ölçülü ekran, güclü Snapdragon prosessoru və geniş batareya həcmi ilə diqqət çəkir. Vivo V60 smartfonu 120 Hz-lik təsvir yenilənmə sürətinə malik 2392x1080 piksel keyfiyyətli 6.77 düymlük AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 5000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya olunub.
Smartfonun korpusu IP68/69 standartları üzrə sudan və tozdan qorunma xüsusiyyətinə sahibdir. Vivo V60 Snapdragon 7 Gen 4 prosessoru ilə işləyir və 8/12/16 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini təqdim edir. Kamera sahəsində isə model 50 MP + 8 MP + 50 MP üçlü arxa kamera və 50 MP-lik ön kamera ilə təchiz olunub. Batareya 90 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyən 6500 mAh tutumlu enerji ilə təmin olunub.
Vivo V60 19 avqust tarixində Hindistanda satışa çıxacaq. Onun qiyməti 422 ABŞ dollarından başlayacaq. Digər regionlarda satışa çıxıb-çıxmayacağı hələ ki, məlum deyil.