Vivo X300 Geekbench Testlərində Ortaya Çıxdı - Tech Xəbər

Robot və Cihazlar

Vivo X300 Geekbench Testlərində Ortaya Çıxdı

12
Link kopyalandı

17

17.08.2025, 09:34

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Vivo şirkəti yaxın aylarda Vivo X300 smartfon seriyasını təqdim etməyə hazırlaşır. Bu seriyaya bir neçə model daxil olacaq və onlardan biri də adi Vivo X300 modelidir. Məlumata əsasən, adi Vivo X300 modeli artıq Geekbench platformasında testlərdən keçib və bunun nəticəsində cihazın bəzi texniki xüsusiyyətləri üzə çıxıb.

Geekbench-in məlumatlar bazasına əsasən, Vivo X300 smartfonu güclü prosessorla təchiz olunub. Prosessor özündə 4 ədəd 2.7 GHz tezlikli nüvəni, 3 ədəd 3.5 GHz tezlikli nüvəni və 1 ədəd 4.21 GHz tezlikli nüvəni birləşdirir. Bu texniki göstəricilər hələ təqdim olunmamış MediaTek Dimensity 9500 prosessoruna işarə edir.

Testlərdə Vivo X300-ün 16 GB RAM-a sahib versiyası sınaqdan keçirilib. Bundan əlavə, cihazın qutudan Android 16 əməliyyat sistemi ilə çıxacağı məlum olub. Geekbench testlərinin nəticələrinə görə, Vivo X300 birnüvəli testdə 2352 xal, çoxnüvəli testdə isə 7129 xal toplayıb. Bu göstəricilər cihazın yüksək performanslı olduğunu təsdiqləyir.

Vivo X300-ün tam təqdimatı və digər modelləri ilə bağlı daha ətraflı məlumat yaxın aylarda gözlənilir.

12
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)