Texnoloji İnkişaf
WhatsApp-da yeni funksiya: Mesajların xülasəsi mümkün olacaq
2
Süni İntellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizWhatsApp istifadəçiləri üçün yeni bir funksiyanın işə salınması elan edildi. Keçən ay təqdim edilən "Mesaj xülasəsi" funksiyası yalnız bir çatda oxunmamış mesajların xülasəsini yaratmağa imkan verirdi. İndi isə WhatsApp tərtibatçıları bu funksiyanı genişləndirərək eyni anda bir neçə çatdan mesaj xülasəsi yaratmağa imkan verən "Quick Recap" funksiyasını tətbiq etməyə qərar veriblər.
"Quick Recap" funksiyası istifadəçilərə eyni vaxtda beş çat üçün mesaj xülasəsi yaratmağa imkan verəcək. Bu alətdən istifadə etmək üçün sadəcə istədiyiniz çatları seçmək, üç şaquli nöqtənin olduğu menyu işarəsini sıxmaq və uyğun seçimi etmək lazımdır. Funksiya istifadəçinin cihazında emal olunur və üçüncü tərəflərin mesajlara girişi mümkün deyil. Bununla belə, "Quick Recap" funksiyası əlavə məxfilik parametrləri ilə qorunan söhbətlərə şamil edilmir.
Bu yenilik hazırda "Android" üçün "WhatsApp 2.25.21.12 beta" versiyasında mövcuddur. Bu funksiyanın geniş miqyasda tətbiq olunması ilə WhatsApp istifadəçiləri mesajların idarə edilməsində daha çox rahatlıq əldə edəcəklər.