Windows 11-dəki səhv SSD diskləri sıradan çıxara bilər - Tech Xəbər

Texnoloji İnkişaf

Windows 11-dəki səhv SSD diskləri sıradan çıxara bilər

10
Link kopyalandı

17

19.08.2025, 08:31

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Windows 11 əməliyyat sistemindəki az öyrənilmiş bir səhv, SSD disklərinin sıradan çıxmasına səbəb ola bilər. Bu barədə Wccftech nəşri məlumat yayıb və Day.Az Lenta.ru-ya istinadən xəbər verir.

Jurnalistlərin sözlərinə görə, bu problemi ilk dəfə Yaponiyadan olan Necoru_cat adlı X istifadəçisi aşkarlayıb. O, Windows 11 üçün KB5063878 yeniləməsini qurduqdan sonra kompüterindəki SSD diskinin sıradan çıxdığını bildirib. Problemin faylların köçürülməsi zamanı meydana gəldiyi qeyd edilib.

Mütəxəssislər vurğulayıblar ki, problem böyük həcmli məlumatların disklər və ya bölmələr arasında köçürülməsi zamanı özünü göstərir. Necoru_cat, Cyberpunk 2077 oyununu diskinə köçürməyə çalışdığı zaman SSD-nin işləmədiyini bildirib. Wccftech müəllifləri daxili testlər apararaq problemin Corsair, Fikwot, Maxio, SanDisk və digər istehsalçılara aid bir sıra SSD-ləri əhatə etdiyini müəyyən ediblər.

Materialda qeyd olunur ki, bu problemə hələ ki, az sayda istifadəçi diqqət yetirib. Jurnalistlərin fikrincə, bu, KB5063878 yeniləməsinin yeni yayımlandığını göstərə bilər. Ekspertlər səhvin yaddaş sürücüsü və ya əməliyyat sisteminin nüvəsi səviyyəsində yaranan regresiya ilə əlaqəli olduğunu düşünürlər. "Windows 11 uzun ardıcıl yazma əməliyyatlarını düzgün idarə etmir, bu da nəzarətçinin bloklanmasına səbəb olur", - deyə müəlliflər nəticəyə gəliblər.

10
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)