Xiaomi Android 16 Yeniləməsi Alacaq Modelləri Açıqladı - Tech Xəbər

Texnoloji İnkişaf

Xiaomi Android 16 Yeniləməsi Alacaq Modelləri Açıqladı

9
Link kopyalandı

19

15.08.2025, 03:32

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

XiaomiTime portalı Xiaomi-nin Android 16 əsaslı HyperOS 3 əməliyyat sistemini ilk əldə edəcək smartfon modellərinin siyahısını açıqlayıb. Siyahıda, hələ təqdim olunmamış iki yeni flaqman da daxil olmaqla, doqquz model yer alır. Day.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, siyahıya artıq bazarda mövcud olan Xiaomi 15, Xiaomi 15 Pro, Xiaomi 15 Ultra, Xiaomi 14T Pro, Xiaomi 15T Pro modelləri, eləcə də Redmi brendinin flaqman modelləri olan K70 Ultra və K80 Ultra daxildir.

Bu yanaşma, Android cihaz istehsalçılarının müasir və keçmiş flaqman modellərinə yeniləmələri prioritet olaraq təqdim etmə təcrübəsinə uyğun gəlir. Bundan əlavə, siyahıda Xiaomi 16 və Xiaomi 16 Pro flaqman modelləri də yer alır. Bu cihazların HyperOS 3 əməliyyat sistemi ilə "qutudan çıxar-çıxmaz" təchiz ediləcəyi ehtimal olunur.

HyperOS 3 əməliyyat sisteminin buraxılışı 2025-ci ilin sentyabr ayına planlaşdırılıb. Elə həmin ayın sonunda Xiaomi 16 seriyasının təqdimatı keçiriləcək. Bu seriya, 2025-2026-cı illər üçün nəzərdə tutulan Qualcomm Snapdragon 8 Elite Gen 2 prosessoru ilə təchiz edilmiş ilk smartfon seriyası olacaq.

9
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)