Xiaomi Redmi 15 5G: Böyük Batareyalı Büdcə Smartfonu - Tech Xəbər

Robot və Cihazlar

Xiaomi Redmi 15 5G: Böyük Batareyalı Büdcə Smartfonu

29
Link kopyalandı

37

17.08.2025, 09:41

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Xiaomi şirkəti büdcə seqmentinə aid olan Redmi 15 5G modelinin qlobal versiyasını təqdim edib. Bu barədə NotebookCheck portalı Day.Az-a Gazeta.ru-ya istinadən məlumat verib.

Redmi 15 5G modeli 6,9 düymlük IPS ekrana, Full HD+ çözünürlüyə və 144 Hz yeniləmə tezliyinə malikdir. Smartfon Qualcomm Snapdragon 6s Gen 3 çipi ilə təchiz olunub, hansı ki, 5G dəstəyini də təmin edir. Cihazda 4-dən 8 GB-a qədər LPDDR4x operativ yaddaş və 128 və ya 256 GB UFS 2.2 daxili yaddaş variantları mövcuddur.

Bu modelin beynəlxalq bazarda əsas üstünlüyü 7 000 mAh tutumlu batareyasıdır. Batareya 33 Vt sürətli enerji yığma texnologiyasını dəstəkləyir. Digər xüsusiyyətlər arasında 50 MP-lik əsas kamera, 8 MP-lik ön kamera və IP64 standartına uyğun toz və suya qarşı davamlılıq qeyd edilir.

Redmi 15 5G Avropada bəzi pərakəndə satıcılarda satışa çıxarılıb. Cihazın qiyməti modifikasiyasına görə 200-215 avro (təxminən 380-410 manat) arasında dəyişir.

29
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)