Xiaomi YU7 elektromobilinin yürüş məsafəsi gözləniləndən az çıxdı - Tech Xəbər

Texnoloji İnkişaf

Xiaomi YU7 elektromobilinin yürüş məsafəsi gözləniləndən az çıxdı

17
Link kopyalandı

23

18.07.2025, 08:59

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Xiaomi şirkətinin böyük iddia ilə təqdim etdiyi YU7 elektromobili ilə bağlı sınaq nəticələri bəzi suallar doğurub. Şirkətin təsisçisinin verdiyi məlumata görə, YU7 krossoveri bir dəfə şarj olunmaqla 1300 km məsafə qət edə bilib. Lakin real şosse testləri göstərib ki, YU7 Max modelinin yürüş məsafəsi cəmi 500 km-dən bir az çoxdur. Bu göstərici rəsmi olaraq bildirilən məsafədən xeyli azdır.

Sohu adlı resursun nümayəndələri bu testləri şəhərətrafı magistralda 84 km-lik dövri marşrut üzrə həyata keçiriblər. Testlərin nəticələrinə əsasən, YU7 Max batareyası tam boşalmadan öncə orta hesabla 483 km məsafəni 100 km/saat sürətlə qət edib. Halbuki CLTC dövriyyə standartına görə, bu avtomobil bir dəfə şarjla 750 km məsafə qət etməlidir. Testlərdə avtomobil yürüş ehtiyatı ilə bağlı xəbərdarlıq çıxdıqdan sonra əlavə 9 km məsafə qət edib, daha sonra tamamilə dayanıb.

Sınaqlar zamanı ətraf mühitin temperaturu 30 dərəcə Selsi olub, avtomobilin salon temperaturu isə maksimum 24 dərəcəyə quraşdırılıb. Avtomobildə iki nəfər və çəkiliş avadanlığı yerləşdirilib, bu da avtomobilin təxminən 50% yüklə hərəkət etməsi deməkdir. Xiaomi şirkəti bildirib ki, elektromobilləri CLTC dövrünə əsasən göstərilən yürüş məsafəsinin 80-90%-i aralığında real nəticə göstərə bilir. Lakin konkret testlərdə bu nisbət yalnız 65%-i bir qədər keçib.

YU7 Max modelinin 101.7 kVt-s tutumlu çəkici batareyası var. Bort kompüteri orta enerji sərfiyyatını 100 km-ə 21 kVt-s kimi göstərsə də, faktiki sərfiyyat 22 kVt-s olub. Bu fərq kritik hesab edilmir. Test iştirakçıları YU7 Max-ın batareyasını 400 A cərəyan gücü və 1000 V gərginlik dəstəkləyən şarj stansiyasında doldurublar. Real şəraitdə orta güc sərfiyyatı 176.3 kVt olub. Ən intensiv enerji qəbul mərhələsi batareya səviyyəsinin 5%-dən 70%-ə qədər olduğu dövrdə baş verib. Bu zaman qəbul olunan güc 300 kVt-a çatıb və bu mərhələ 14 dəqiqə davam edib. Qalan 5% başlanğıc və son 30% isə ümumilikdə əlavə 23 dəqiqə vaxt alıb. Beləliklə, batareyanın tam dolması üçün ümumilikdə 37 dəqiqə vaxt sərf olunub.

17
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)