Yad planetlilər şəhərə doğru yaxınlaşır? – Qorxu dolu anlar - Tech Xəbər

Elm və Kosmos

Yad planetlilər şəhərə doğru yaxınlaşır? – Qorxu dolu anlar

7
Link kopyalandı

13

02.07.2025, 20:00

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Dünən axşam saatlarında Türkiyənin Ərzurum şəhərində qeyri-adi bir hadisə baş verib. Sakinlər günbatan zamanı göy üzündə naməlum bir obyektin parlaq şəkildə hərəkət etdiyini müşahidə ediblər. Hadisə yerli vaxtla saat 20:30-da qeydə alınıb.

Şəhərin müxtəlif məhəllələrində yaşayan insanlar bu görüntüləri qeydə alaraq sosial şəbəkələrdə paylaşmağa başlayıblar. Videolarda naməlum obyektin əvvəlcə parladığı, sonra isə səssizcə üfüqdə yox olduğu görünür. Sakinlər bunun meteor, peyk və ya başqa bir uçan obyekt ola biləcəyini ehtimal edirlər.

Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Astronomiya mütəxəssisləri görüntüləri təhlil edərək obyektin təbiətini müəyyənləşdirməyə çalışırlar. Bu qeyri-adi hadisə bölgədə maraq və həyəcan yaradıb, lakin dəqiq məlumatların əldə edilməsi üçün araşdırmalar davam edir.

7
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)