Yadplanetlilərin gəmisi Yerə yaxınlaşır: Noyabrda eniş gözlənilir - Tech Xəbər

Elm və Kosmos

Yadplanetlilərin gəmisi Yerə yaxınlaşır: Noyabrda eniş gözlənilir

7
Link kopyalandı

38

29.07.2025, 06:20

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

31/ATLAS adlanan sirli, nəhəng bir obyektin Yerin Günəş sisteminə doğru hərəkət etdiyi bildirilir. İddialara görə, bu obyekt yadplanetlilərin kosmik gəmisi ola bilər və noyabr ayında Yerə enərək böyük dağıntılara səbəb ola bilər.

Milli.Az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb. Sosial şəbəkələrdə yayılan iddialara əsasən, düşmən yadplanetliləri daşıyan bu kosmik gəmi Yerə yaxınlaşır. Astronomlar iyulun 1-nə keçən gecə Günəşə doğru yüksək sürətlə hərəkət edən qeyri-adi bir göy cismini aşkar etdikdən sonra bu iddialar ortaya çıxıb. Sosial mediada yayılan fərziyyələrə görə, bu yadplanetlilər dost yox, əksinə düşmən mövqeyindədirlər.

"3I/ATLAS" adlanan bu obyektin orbitinin Günəş sistemindən kənar "ulduzlararası" bir cisim olduğunu göstərdiyi bildirilir. Astronomlar onun kometa olduğunu düşünürlər. Lakin bəzi alimlər və fizika mütəxəssisləri obyektin əslində inkişaf etmiş yadplanetli sivilizasiyasına aid bir kosmik gəmi ola biləcəyini iddia edirlər. Euronews-un hesabatına görə, bu fərziyyələr yadplanetlilərin noyabr ayında Yer kürəsini işğal etməyi planlaşdırdığına dair narahatlıqları artırıb.

Məlumata görə, 3I/ATLAS 245.000 km/saat sürətlə hərəkət edir və bu, Günəş sistemində indiyə qədər aşkar edilmiş ən yüksək sürətdir. NASA-nın yaydığı məlumata əsasən, bu obyektin Günəş sisteminin xaricindən gəldiyi təsdiqlənib. Onun təxminən 20 km ölçüdə olduğu bildirilir.

Harvard Universitetinin astrofiziki Avi Loeb, "3I/ATLAS" obyektinin inkişaf etmiş bir sivilizasiyanın göndərdiyi casus gəmisi ola biləcəyini və əgər bu fərziyyə doğru çıxarsa, bunun bəşəriyyət üçün dəhşətli nəticələrə səbəb ola biləcəyini qeyd edib.

Bununla yanaşı, bəzi mütəxəssislər obyektin kometa olduğunu irəli sürürlər. Astronom Darril Seliqman, "Mövcud bütün məlumatlar, obyektin başqa bir ulduz sistemindən gələn kometa olduğunu təsdiqləyir," - deyə bildirib.

Hadisələr hələ də izlənilir və obyektin əsl təbiəti ilə bağlı müzakirələr davam edir.

7
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)