Yaponiyada 3D-printerlə tikilən evlər inşa edilməyə başladı - Tech Xəbər

Yaponiyada 3D-printerlə tikilən evlər inşa edilməyə başladı

13
Link kopyalandı

53

28.07.2025, 17:17

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Yaponiyada ilk dəfə 3D-printer vasitəsilə torpaq və təbii liflərdən evlərin inşasına başlanılıb. Bu barədə "Day.Az" xəbər verir və məlumatın mənbəyi kimi "Popular Science" jurnalını göstərir. Layihə Yaponiyanın "Lib Work" adlı tikinti şirkəti tərəfindən həyata keçirilir. Şirkət, torpaq, əhəng və təbii liflərdən istifadə edərək evlərin tikintisini mümkün etdiyini açıqlayıb. Bu materialların istifadəsi tikilinin davamlılığını artırır.

Ənənəvi olaraq, 3D-printerlərdən istifadə edərək evlər polimer materiallardan hazırlanırdı. Amma "Lib Work" şirkəti qeyd edib ki, yeni texnologiya ilə tikilən evlər onların daha əvvəl sement əsasında inşa etdiyi evlərdən beş dəfə daha möhkəmdir. Bundan əlavə, bu texnologiya ətraf mühit üçün daha dost və karbon emissiyalarını azaltmağa kömək edir.

İnşaat prosesi belə həyata keçirilir: əvvəlcə 3D-printer tikinti sahəsində quraşdırılır. Daha sonra evin karkası çap edilir, ardından işçilər qapı, pəncərə və santexnika sistemlərini quraşdırırlar. Bu yeni tip evlər həmçinin akkumulyatorlu enerji saxlama sistemi və günəş panelləri ilə təchiz edilib.

Evlərin divarlarına yerləşdirilən xüsusi sensorlar sınaq mərhələsində nəmlik səviyyəsini və istilik izolyasiyasını izləyir. Daha sonra bu sensorlar struktur zədələnmələrini izləmək üçün istifadə olunur. "Lib Work" şirkəti avqust ayında bu evlərin satışına başlayacağını və həmin vaxt qiymətləri açıqlayacağını bildirib.

13
Link kopyalandı