Yaponiyada alimlər Daun sindromlu insanlarda artıq xromosomu uğurla siliblər - Tech Xəbər

Elm və Kosmos

Yaponiyada alimlər Daun sindromlu insanlarda artıq xromosomu uğurla siliblər

24
Link kopyalandı

30

27.07.2025, 11:53

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Yaponiyanın Miye Universitetindən olan alimlər ilk dəfə Daun sindromlu insanların hüceyrələrində artıq xromosomu uğurla siliblər. Day.Az portalının Vietnam.vn nəşrinə istinadən verdiyi məlumata görə, bu mühüm elmi nailiyyət gen redaktəsi aləti olan CRISPR-Cas9 vasitəsilə həyata keçirilib. Eksperiment zamanı Daun sindromuna səbəb olan 21-ci xromosom silinib.

Tədqiqatın nəticələri göstərir ki, hüceyrələrin normal funksiyasının bərpası uğur ehtimalı 37,5 faizə qədərdir. Əməliyyatdan sonra hüceyrələrin əsas göstəriciləri normallaşıb. Bu, genetik terapiya sahəsində mühüm bir addım hesab olunur.

Bununla yanaşı, metodun tibbi praktikalarda tətbiqi hələ ki mümkün deyil, çünki əməliyyat zamanı digər xromosomların zədələnməsi riski mövcuddur. Alimlər bu sahədə daha dəqiq və təhlükəsiz texnologiyaların hazırlanması üçün əlavə tədqiqatlara ehtiyac olduğunu vurğulayırlar.

24
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)