Yenilənmiş Toyota Corolla Cross - Texnoloji praktikliyin zərif nümunəsi - Tech Xəbər

Texnoloji İnkişaf

Yenilənmiş Toyota Corolla Cross - Texnoloji praktikliyin zərif nümunəsi

21
Link kopyalandı

27

12.08.2025, 11:47

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Toyota SUV rahatlığını müasir zəriflik və qabaqcıl hibrid texnologiyası ilə birləşdirən yenilənmiş Corolla Cross modelini ölkəmizdə təqdim edib. Sürücülərin tələblərinə tam cavab verən bu model bir çox üstünlükləri ilə seçilir. Yeni Corolla Cross-un dam örtüyündə istifadə edilən materiallar səssizliyi maksimuma çatdırır. Bununla yanaşı, yeni salon işıqlandırmaları, qızdırılan oturacaqlar və sükan, sürücü və sərnişinlərə yüksək komfortlu sürüş təcrübəsi yaşadır. Hava axınını optimallaşdıran bal pətəyi formalı ön barmaqlıqlarla yanaşı, LED ön və arxa işıqlar SUV-nin xarici görünüşünə müasirlik əlavə edir. Yüksək sinif modellərdə adaptiv uzaq məsafə faraları (AHS) optimal görüş imkanı təmin edir. Arxa işıqlardakı aerodinamik çıxıntılar, 18 düymlük təkərlər və Corolla Cross loqosu avtomobilə güclü və fərqli xarakter bəxş edir. Daha geniş mərkəzi konsol, yenilənmiş sürətlər qutusu, əlavə smartfon saxlama yeri və simsiz enerji doldurma funksiyası kimi praktiki dəyişikliklər sürücünün rahatlığını artırır. Bundan əlavə, Android cihazlara enerji doldurma sürətinin artırılması ilə mobil cihazla avtomobil arasındakı əlaqə keyfiyyətcə yaxşılaşdırılıb. Yeni Corolla Cross, Toyota-nın beşinci nəsil hibrid sistemi olan Hybrid 200 ilə təchiz olunub. Bu sistem Toyota-nın karbon neytrallığına yönəlmiş strategiyasına tam uyğun olmaqla yanaşı, Azərbaycan bazarında hibrid avtomobillərə olan marağı dəstəkləyir. Toyota T-Mate təhlükəsizlik sistemi bütün modellərdə standart olaraq təqdim edilir. Bu sistem, üçüncü nəsil Toyota Safety Sense, avtomatik sistem yeniləmələri və qabaqcıl sürücü yardım funksiyalarını özündə birləşdirir. 10,5 düymlük sensorlu ekran və 12,3 düymlük rəqəmsal cihaz paneli də bütün yeni Corolla Cross modellərində standart olaraq təklif edilən üstünlüklərdəndir. Qeyd edək ki, yeni Corolla Cross artıq Azərbaycan bazarında satışdadır. Daha ətraflı məlumat üçün rəsmi Toyota dilerləri ilə əlaqə saxlamaq və ya www.toyota.az veb-saytına daxil olmaq mümkündür.

21
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)