Yerə Təyyarə Böyüklüyündə Asteroid Yaxınlaşır - Tech Xəbər

Elm və Kosmos

Yerə Təyyarə Böyüklüyündə Asteroid Yaxınlaşır

7
Link kopyalandı

15

15.08.2025, 08:23

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Bu həftənin sonunda Yerə təyyarə böyüklüyündə asteroid yaxınlaşacaq. AZƏRTAC-ın Newsweek-ə istinadən verdiyi xəbərə görə, 2025 PM adı verilən bu asteroidin diametri təxminən 50 metrdir və təhlükəli asteroidlər kateqoriyasına daxildir. Lakin alimlərin qeyd etdiyinə görə, bu səma cisminin Yerin cazibə qüvvəsi ilə tutulma ehtimalı olduqca azdır.

Asteroid 17 avqust bazar günü, Bakı vaxtı ilə saat 13:03-də Yerdən təxminən bir Ay orbitinin diametri qədər məsafədən keçəcək. NASA-nın Reaktiv Hərəkət Laboratoriyası da bu yaxınlaşma ilə bağlı xəbərdarlıq edib. Məlumata görə, 2025 PM asteroidinin ölçüsü təyyarə ilə müqayisə edilə bilər və Yerdən ən yaxın məsafədə təxminən 1 milyon kilometr uzaqlıqda olacaq. Jerusalem Post isə asteroidin ölçüsünü üç tiranozavrla müqayisə edib, lakin onun dəqiq kütləsi hələ məlum deyil.

NASA həmçinin 2025 PR1 adlı başqa bir asteroidin də müşahidəsini aparır. Bu asteroidin diametri 16,7 metrdir və şənbə günü Yerə 980 min kilometr məsafəyə qədər yaxınlaşacaq.

Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, 2025 PM asteroidinin Yerə bu qədər yaxınlaşması onu "təhlükəli asteroidlər" kateqoriyasına daxil edir. Bu kateqoriyaya, Ay orbitinin diametrindən 10 dəfədən az məsafəyə yaxınlaşan səma cisimləri daxildir. Bu il daha böyük bir asteroidin də oxşar məsafədən keçəcəyi gözlənilir. Bu hadisənin sentyabr ayının sonunda baş verəcəyi bildirilir.

2025 PM asteroidinin Apollonlar qrupuna aid olduğu qeyd edilir. Bu, orbitləri Yerin orbitini xarici tərəfdən kəsən yaxın Yer asteroidləridir. 2025 PM ilk dəfə 1 avqust tarixində kəşf edilib. Alimlərin fikrincə, bu səma cismi ehtimal ki, uçucu maddələrdən məhrum olan daş bir quruluşa malikdir. Onlar əlavə ediblər ki, bu asteroid, yalnız başqa bir səma cismi ilə toqquşduğu halda trayektoriyasını dəyişə bilər.

Qeyd edək ki, alimlər iyul ayında xəbərdarlıq etmişdilər ki, 2029-cu ilin aprel ayında Apofis adlı 375 metr diametrli asteroid Yerə 32 min kilometr məsafəyə qədər yaxınlaşacaq. Bu səma cismini Avropa, Afrika və Asiyada yaşayan təxminən 2 milyard insan adi gözlə görə biləcək.

7
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)