Podkast
“digital.login” artıq tarixdir — yerini “mygov ID” adlı rəqəmsal kimlik sistemi
4383
Azərbaycanın rəqəmsal həyatında yeni səhifə açıldı. “digital.login” artıq tarixdir — yerini “mygov ID” adlı yeni, daha güclü rəqəmsal kimlik sistemi tutdu.
Bu nə deməkdir? Artıq dövlət və bir çox özəl xidmətlərə daxil olmaq üçün onlarla fərqli parol, istifadəçi adı və giriş forması yadda saxlamağa ehtiyac yoxdur. Bir giriş – bütün sistemlər.
“mygov ID” sizə imkanı verir:
– Asan İmza, SİMA İmza və FİN kodu ilə daxil olmaq,
– Şəxsi məlumatları bir mərkəzdən yeniləmək,
– İkifaktorlu təhlükəsizlik əlavə etmək,
– Mobil nömrə və e-poçtu idarə etmək.
Ən böyük dəyişiklik isə budur: QR login və tətbiqlər arası login. Yəni telefondakı “mygov” tətbiqi ilə başqa mobil xidmətlərə bir toxunuşla giriş – “mygov ID ilə daxil ol” düyməsi artıq realdır.
Bu platformaya bugün 240-dan çox dövlət və özəl qurum qoşulub. 4,8 milyon istifadəçi və ayda 9 milyondan çox əməliyyat – rəqəmlər göstərir ki, sistem artıq həyatımızın bir parçasıdır.
Bu nəyi dəyişir?
– Vaxt itirmirik,
– Parolları on dəfə yox, bir dəfə dəyişirik,
– Və ən əsası – şəxsi məlumatlarımıza daha çox nəzarət və təhlükəsizlik əldə edirik.
Bu, sadəcə rebrendinq deyil. Bu – Azərbaycan rəqəmsal dövlətinin yeni kimliyidir.