Podkast
Elon Musk Optimus robotlardan ordu yaradır! Tesla Direktorlar Şurası ona 1 trilyon dollar təklifi
2726
İlon Mask yenə səhnədədir. Və bu dəfə, söhbət avtomobillərdən yox, robot ordusundan gedir.
Tesla rəhbəri son hesabat zamanı açıq danışdı: “Əgər böyük bir robot ordusu yaratsam,Tesla mənə nə qədər pul və nəzarət verəcək?”
Bu sual bir az zarafat kimi səslənir… amma onun arxasında çox ciddi bir fikir dayanır. Mask, ‘Optimus’ adlandırdığı humanoid robotlarıinsan əməyinin yerini alacaq universal işçilər kimi görür. O, artıq bu layihənin gələcəyinə tam nəzarət etmək istəyir.
Direktorlar Şurası isə ona 1 trilyon dollarlıq səhmlər paketi təklif edib. Amma sual budur:əgər robotlar bir gün həqiqətən ordular qədər çox olarsa, və onların rəhbəri tək bir insan olsa - biz hələ də insanlıq dövründə yaşayırıqmı? Bəlkə də bu, Mask-ın ən böyük ideyası deyil.
Bu, onun nəzarət testidir.Robotları idarə edən kim olacaq: insan, yoxsa ambisiya? Texnologiya bizə inanılmaz güc verir. Amma hər dəfə bu gücü bir şəxsə topladıqda,bəşəriyyətin balansı bir az daha sarsılır.