Kriptovalyuta uzunmüddətli dəstəyi niyə qazana bilmir? | NFT, token airdrop, blockchain | Bitcoin - Tech Xəbər

Kriptovalyuta uzunmüddətli dəstəyi niyə qazana bilmir? | NFT, token airdrop, blockchain | Bitcoin

4
Link kopyalandı
3

1863

Kriptovalyuta dünyanın maliyyə sistemini dəyişdirmək istəyirdi. Amma bu gün ən böyük sual budur: Niyə bu sektor uzunmüddətli heç nə qura bilmir?

Ten Protocol rəhbəri Rozi Sargsian deyir ki, kriptoda böyük problem texnologiya deyil – səbrdir. Layihələr hər 18 ayda bir istiqamət dəyişir. Yeni trend gəlir, kapital axır, səs-küy olur… amma sonra – maraq ölür, komanda da yeni dalğaya qaçır.

Əslində ciddi məhsul yaratmaq üçün 3–5 il lazımdır. Amma kriptoda hər şey “tez qazan, tez çıx” fəlsəfəsi ilə işləyir. NFT-lər, token airdrop-lar, erkən investor mükafatları – bütün bunlar istifadəçi gətirir, amma etibar gətirmir.

Sargsian deyir: “Kripto, batmış xərcdən qaçmaq əvəzinə, batmış xərcə aşiq olur.” Yəni bir şey işləmirsə, onu düzəltmək əvəzinə – hamı növbəti hype-ın arxasınca qaçır.

FinTech Collective-dən Şon Lippel əlavə edir: “Tokenləri 5 il kilidləmək ideyasını deyəndə investorlar mənə elə baxdı ki, sanki mən dəli idim.” Problem budur: sürət var, amma istiqamət yoxdur. Kripto uzunmüddətli ola bilərmi? Bəli – əgər trend üçün yox, struktur üçün işləsə. Spekulyasiya üçün yox, sistem üçün qurulsa.

Əks halda, bu sektor hələ çox “boom-and-bust” tarixçəsi yazacaq… amma tarix kitabı yox, Twitter lentində.