NASA-nın Europa Clipper zondu - yad 3I/ATLAS kometin izinə düşür
3489
NASA-nın Europa Clipper zondu Yupiterə uçur. Amma bəlkə də, o, tarixdə ilk dəfə — Yad bir kometin quyruğundan nümunə götürən kosmik aparat olacaq. Bu kometin adı — 3I/ATLAS.
O, Günəş sisteminə başqa bir ulduz sistemindən gəlib. Və hesablamalara görə, noyabrın 6-sı Europa Clipper bu kometin ion quyruğunun içindən keçə bilər.
Europa Clipper-in əsas məqsədi Yupiterin peyki Europa-da həyat üçün şərait olub-olmadığını araşdırmaqdır.
Amma onun üzərindəki alətlər — plazma analizatorları, toz detektorları — kometin ion quyruğunu da ölçə bilər. Bütün problem — vaxt və şansdır.
Amma əgər alınsa? Bu, bəşəriyyətin ilk dəfə ulduzlararası materiala toxunuşu olacaq. Yəni, başqa dünyaların tozuna.