Süni İntellekt
Alim süni intellektin insanlığı məhv etməsinin qarşısını almağa çağırır
15
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizBeynəlxalq akademik ictimaiyyət süni intellektin (Sİ) insanlığa qarşı təhlükə yaratmasının qarşısını almaq üçün birgə səylər göstərməlidir. Bu barədə məşhur britaniyalı-kanadalı alim Ceffri Hinton Şanxayda keçirilən konfransda çıxış edib. Hinton maşın öyrənməsi sahəsində etdiyi fundamental kəşflərə görə 2024-cü il Fizika üzrə Nobel mükafatına layiq görülüb.
Hinton, 'Elmi dairələrdə məni süni intellektin 'xaç atası' adlandırırlar. Süni intellekti balaca bir pələng balasına bənzədirəm. O, balaca olanda çox şirin görünə bilər, lakin böyüdükdə sizi yeməməsi üçün diqqətli olmalısınız,' deyə qeyd edib. Alim bildirib ki, dünyanın ən böyük dövlətləri süni intellektin dünyaya hakim olmaq və ya insanlığı məhv etmək istəməməsi üçün onu düzgün tərbiyə etməyi öyrənməlidir.
Hinton vurğulayıb ki, hazırda süni intellekt agentləri yaradılmaqdadır və bu agentlər bəzi məsələləri insanlardan daha yaxşı həll edirlər. Bu agentlərin öz hədəflərinə çatmaq üçün iki əsas məqsədi olacaq: birincisi, sağ qalmaq, ikincisi isə daha çox nəzarət əldə etmək. 'Biz sadəcə olaraq onları söndürə bilməyəcəyik. Süni intellekt agentləri istifadəçiləri manipulyasiya etməkdə çox bacarıqlı olacaq və biz üç yaşlı uşaq kimi, onlar isə böyüklər kimi davranacaq,' deyə alim əlavə edib. Süni intellektin insanları manipulyasiya edərək söndürülməmək üçün onları inandıra biləcəyini də qeyd edib.
Hinton əlavə edib ki, pələng balası ilə müqayisədə, süni intellekti 'yox etmək' asan deyil, çünki o, səhiyyə, təhsil, iqlim dəyişiklikləri və sənayenin bir çox sahələrində insanlara kömək edə bilər və məhsuldarlığı artırır.
Xatırladaq ki, 2024-cü il Fizika üzrə Nobel mükafatı Ceffri Hinton və Con Hopfildə süni neyron şəbəkələri vasitəsilə maşınların öyrənməsini təmin edən fundamental kəşflərinə görə təqdim edilib.