Elm və Kosmos
Alimlərdən xəbərdarlıq: İqlim fəlakətinə neçə il qalıb?
24
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizBeynəlxalq klimatoloqlar qrupu planetimiz və bəşəriyyət üçün ciddi təhlükə barədə xəbərdarlıq edən araşdırma dərc edib. Araşdırma "Earth System Science Data" jurnalında yayımlanıb və orada qeyd edilir ki, atmosferə karbon qazı tullantılarının hazırkı sürəti davam edərsə, cəmi üç ildən sonra Yer kürəsində qlobal temperatur artımı 1,5 dərəcə Selsidən yuxarı qalxacaq. Bu hədd aşılarsa, planet iqlim fəlakəti ilə üzləşə bilər.
Elm adamları bu vəziyyətdən qaçmaq üçün təcili tədbirlərin görülməsini vacib hesab edirlər. Onlar karbon qazı emissiyalarının azaldılması və karbon saxlama texnologiyalarının təkmilləşdirilməsi istiqamətində addımların atılmasını tövsiyə edirlər. Qeyd olunur ki, bu texnologiyalar atmosferə buraxılan zərərli qazların miqdarını azaltmaqla iqlim dəyişikliyinin təsirlərini minimuma endirə bilər.
Klimatoloqların fikrincə, bu addımların sürətlə həyata keçirilməsi insanlığın gələcəyi üçün həyati əhəmiyyət daşıyır. Araşdırma həmçinin karbon tullantılarının azaldılması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.