Süni İntellekt

Altsheymer xəstəliyinə qarşı süni intellektin yeni mübarizə metodu

2
Link kopyalandı

2

18.07.2025, 13:23

Süni İntellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Nature Communications jurnalında AMARANTH adlı böyük klinik araşdırmanın təkrar analizi təqdim edilib. İlkin mərhələdə beyində β-amiloid səviyyəsini azaldan lanabesestat preparatına dair sınaqlar uğursuz nəticələnmişdi: iştirakçıların idrak funksiyalarında irəliləyiş qeydə alınmadı və layihə perspektivsiz hesab edildi. Lakin beynəlxalq alimlər qrupu həmin məlumatlara yeni süni intellekt (Sİ) vasitəsilə - proqnostik model (PPM) tətbiq etdi. Bu model, xəstələrin ilkin göstəricilərini - MRT məlumatlarını, genetik markerlərin mövcudluğunu, β-amiloid səviyyəsini və yaddaş testlərinin nəticələrini analiz edərək, konkret şəxsdə Altsheymer xəstəliyinin nə qədər sürətlə inkişaf edəcəyini proqnozlaşdırır. Belə yanaşma iştirakçıları 'yavaş' və 'sürətli' neyrodejenerasiya inkişafı qruplarına ayırmağa imkan verdi. Yeni stratifikasiyadan sonra məlum oldu ki, xəstəliyin daha yavaş gedişatı olan xəstələrdə lanabesestat preparatının 50 milliqramlıq dozası ilə idrak pozğunluqları plasebo ilə müqayisədə 46 faiz azaldılır. Xəstəliyin sürətli inkişaf etdiyi xəstələrdə isə belə bir təsir müşahidə olunmadı. Bundan əlavə, Sİ-nin istifadəsi nəticəsində effektin aşkar edilməsi üçün tələb olunan nümunə ölçüsü əhəmiyyətli dərəcədə azaldı, bu da gələcək sınaqları sürətləndirə və ucuzlaşdıra bilər. Tədqiqatçılar vurğulayırlar ki, süni intellektin klinik araşdırmalara inteqrasiyası onların effektivliyini artıra və Altsheymer xəstəliyinin müalicəsi üçün daha təsirli metodların tapılmasını sürətləndirə bilər.

2
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)

0:00 / 0:00