Azərbaycan nümayəndələri Cenevrədə süni intellekt idarəetmə layihəsində iştirak edib - Tech Xəbər

Süni İntellekt

Azərbaycan nümayəndələri Cenevrədə süni intellekt idarəetmə layihəsində iştirak edib

7
Link kopyalandı

15

17.07.2025, 05:54

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Azərbaycan nümayəndələri İsveçrənin Cenevrə şəhərində keçirilən və Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən təşkil olunan "Süni intellekt idarəetmə və standartlarında bacarıqların artırılması" layihəsi ilə yanaşı, "Xeyir üçün Süni İntellekt Zirvə Görüşü"ndə (AI for Good Summit) iştirak ediblər.

Layihəyə uyğun olaraq "İnformasiya-kommunikasiya texnologiyaları" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK-05) sədri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov və həmin komitənin əlaqələndiricisi, Azərbaycan Standartlaşdırma İnstitutunun Elektrotexnika, informasiya texnologiyaları və telekommunikasiya sahələrinin standartlaşdırılması şöbəsinin müdiri Firuzə Bəhri Azərbaycanı təmsil edib. Onların layihədə iştirak etməsi ISO tərəfindən təsdiq olunub.

Layihənin qalibləri arasında Azərbaycan Respublikasından əlavə, Bahama adaları, Braziliya, Böyük Britaniya, Kanada, Misir, Hindistan, İndoneziya, Malayziya, Niderland Krallığı, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Cənubi Koreya, Uqanda və Amerika Birləşmiş Ştatlarının nümayəndələri də yer alıb.

Bu layihənin əsas məqsədi maraqlı tərəfləri süni intellektin idarə olunması ilə bağlı beynəlxalq və yerli standartlara uyğun ən yaxşı təcrübələr barədə məlumatlandırmaq, həmçinin süni intellekt siyasəti və standartları üzrə bilik və təcrübə mübadiləsini təşviq etməkdir.

Tədbir zamanı iştirakçılara Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2025-ci il 15 mart tarixində təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası" və "İnformasiya-kommunikasiya texnologiyaları" standartlaşdırma üzrə Texniki Komitə tərəfindən qəbul olunmuş standartlar barədə məlumat verilib. Bu standartlar Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsdiqlənib.

Səfər çərçivəsində Azərbaycan nümayəndələri Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) tərəfindən təşkil edilən "Artificial Intelligence for Good" adlı qlobal süni intellekt sammitində də iştirak ediblər.

7
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)