Azərbaycanda Süni İntellekt Standartlarının Qəbulu Başladı - Tech Xəbər

Azərbaycanda Süni İntellekt Standartlarının Qəbulu Başladı

17
Link kopyalandı

36

01.08.2025, 08:23

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Azərbaycanda süni intellektin tətbiqi ilə bağlı milli standartların hazırlanmasına başlanılıb. Bu proses “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” çərçivəsində həyata keçirilir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyi altında, müxtəlif aidiyyəti qurumların iştirakı ilə formalaşdırılan “İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırma üzrə 5 nömrəli Texniki Komitə bu işlərin icrasında əsas rol oynayır.

Texniki Komitəyə “Azərbaycan Standartlaşma İnstitutu” PHŞ, Dövlət Təhlükəsizlik Xidməti, “İnformasiya-Kommunikasiya Texnologiyaları Agentliyi”, “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”, Azərbaycan Texniki Universiteti, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və digər aidiyyəti qurumlar daxildir.

Son illərdə Texniki Komitə informasiya və kommunikasiya texnologiyaları sahəsində aktual olan bir çox beynəlxalq standartı müəyyənləşdirib və onların milli standart kimi tətbiqini təmin edib. Bu standartlardan 8-i məhz süni intellekt sahəsinə aiddir. Qurumun rəhbərliyi və üzvləri beynəlxalq konfrans və seminarlarda fəal iştirak edərək, Azərbaycanın milli standartlaşdırma sistemini beynəlxalq tələblərə uyğunlaşdırmağa töhfə verirlər.

17
Link kopyalandı