Azərbaycanlı startapçı Amerikada süni intellekt əsaslı hədiyyə platforması yaratdı - Tech Xəbər

Süni İntellekt

Azərbaycanlı startapçı Amerikada süni intellekt əsaslı hədiyyə platforması yaratdı

50
Link kopyalandı

59

01.08.2025, 08:41

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Azərbaycanlı startapçılar Fərid Məhərrəmli və Elçin Nağıyev tərəfindən təsis edilən Giftarex.com platforması ABŞ bazarında rəsmi olaraq istifadəyə verilib. Bu platforma süni intellekt texnologiyası əsasında istifadəçilərə fərdiləşdirilmiş hədiyyə təklifləri təqdim edir.

Giftarex, “Kimə nə hədiyyə alım?” sualına cavab tapmaqda çətinlik çəkənlər üçün sürətli və intuitiv bir həll təklif edir. İstifadəçilər cəmi 7 addımda fərdi məlumatlarını daxil edir və süni intellekt modelləri əsasında 60 saniyə ərzində onların yaşına, münasibətlərinə, maraqlarına və büdcəsinə uyğun hədiyyə təklifləri alırlar.

Platformanın qurucusu Fərid Məhərrəmli bu barədə belə deyib: “İnsanlar hər zaman sevdiklərinə uyğun hədiyyəni tapmaqda çətinlik çəkiblər. Biz, bu prosesi həm emosional, həm də texnoloji baxımdan sadələşdirmək məqsədilə Giftarex-i yaratdıq.”

Giftarex-in əsas xüsusiyyətlərinə aşağıdakılar daxildir:

  • Süni intellekt əsaslı sorğu ilə fərdi təkliflər təqdim etmək
  • İstifadəçi təcrübəsinə əsaslanan məhsul tövsiyə sistemi
  • Sadə, sürətli və mobil uyğun interfeys
  • Amazon və digər platformalarla inteqrasiya
  • Ödənişsiz və limitsiz istifadə imkanı

Hazırda platforma ABŞ bazarında fəaliyyət göstərir, lakin yaxın aylarda digər ölkələrdə də istifadəyə verilməsi planlaşdırılır. Giftarex texnologiya və insan münasibətləri arasında körpü rolunu oynayaraq, hədiyyə seçmə prosesini daha ağıllı və mənalı hala gətirməyi hədəfləyir.

Daha ətraflı məlumat üçün Giftarex.com saytına daxil olmaq mümkündür.

50
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)