Bir ekosistem Şimali Amerikanın ən böyük süni intellekt konfransında iştirak edib - Tech Xəbər

Süni İntellekt

Bir ekosistem Şimali Amerikanın ən böyük süni intellekt konfransında iştirak edib

22
Link kopyalandı

30

19.08.2025, 08:26

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemi “Ai4 2025” beynəlxalq konfransında təmsil olunub. Konfrans Şimali Amerikanın süni intellekt sahəsində ən böyük sənaye tədbirlərindən biri hesab olunur və bu il Las Veqas şəhərində keçirilmişdir. Tədbirdə 85 ölkədən 8000-dən çox iştirakçı qatılmış, süni intellektin biznesdə tətbiqləri, etik tərəfləri və gələcək inkişaf perspektivləri mövzuları müzakirə edilmişdir.

Bir ekosistemi konfransda PAŞA Holding-in Baş data inzibatçısı Valeh Nəbiyev, Bir Ekosistemin İnkişafı Departamentinin rəhbəri Mehdi Aslanov, bankın Data menecment ofisinin lideri Seymur Şabanlı və Bir Ekosistem Analitikası Departamentinin rəhbəri Şəhriyar Məmmədlidən ibarət nümayəndə heyəti təmsil etmişdir. Nümayəndə heyəti süni intellekt sahəsindəki təcrübələrini bölüşərək, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək üçün bir sıra müzakirələr aparmışdır.

Konfransda Valeh Nəbiyev “Süni intellekt dövründə məlumatların idarə olunması” mövzusunda çıxış etmişdir. O, Bir ekosistemin süni intellekt tətbiqlərinə dair unikal yanaşması və strategiyası haqqında məlumat vermişdir. Nəbiyev qeyd etmişdir ki, Bir ekosistem AI transformasiyasını miqyaslandırmağa yönəlmiş strategiya əsasında fəaliyyət göstərir. Bu strategiya rəhbər heyət tərəfindən dəstəklənən vizionu, vahid qaydaları və çevik innovasiya yanaşmasını əhatə edir. Bununla yanaşı, məlumatların idarə olunması süni intellektin sürətli və etibarlı tətbiqi üçün əsas körpü kimi təqdim olunur. Bu yanaşma müştəri xidmətlərinin avtomatlaşdırılmasından əməliyyatların səmərəliliyinin artırılmasına qədər bir çox sahədə AI layihələrinin davamlı və təhlükəsiz inkişafını təmin edir.

Bir ekosistem, həmçinin ölkənin aparıcı brendlərini – Birbank, Birmarket, m10 və MilliÖn – bir çətir altında birləşdirərək müştərilərə sürətli, rahat və təhlükəsiz xidmətlər təqdim edir. Ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək təsir dairəsini genişləndirir və müştəri təcrübəsini zənginləşdirir. Müştərilər QR ödənişlərdən, kreditli alış-verişdən, taksit kartları ilə ödənişlərdən və vahid bonus proqramından faydalana bilirlər.

“Ai4 2025” konfransı süni intellekt sahəsində dünyanın nüfuzlu tədbirlərindən biri olmaqla yanaşı, Bir ekosistemin nümayəndə heyətinə beynəlxalq səviyyədə yeni əlaqələr qurmaq, təcrübə mübadiləsi aparmaq və əməkdaşlıq imkanlarını genişləndirmək üçün əhəmiyyətli platforma təqdim etmişdir.

22
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)