Süni İntellekt
Daxili İşlər Nazirliyi Süni İntellekt və İT Təqaüd Proqramını Başlatdı
15
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizDaxili İşlər Nazirliyi (DİN) müasir texnologiyalar sahəsində peşəkar kadrların hazırlanması və xidmətə cəlb olunması məqsədilə yeni təqaüd proqramı elan edib. Proqram çərçivəsində süni intellekt, kibertəhlükəsizlik, proqramlaşdırma, Product Owner (məhsul sahibi), Linux əməliyyat sistemi, İT biznes analitikası (IT BA) və QA tester mühəndisliyi üzrə 200 nəfərin təlimi nəzərdə tutulur.
Təqaüd proqramına seçilən iştirakçıların təlim xərclərinin 60 faizi Nazirlik tərəfindən ödəniləcək və təlimlər 4-8 ay müddətini əhatə edəcək. Tədris proqramını uğurla başa vuran şəxslər Daxili İşlər Nazirliyində işə qəbul olunmaq imkanı qazanacaqlar. Nazirlik, müasir texnologiyalar sahəsində peşəkar yerli mütəxəssislərin hazırlanmasını və kadr potensialının gücləndirilməsini əsas məqsəd kimi qarşıya qoyub.
Proqram, Daxili İşlər Orqanlarında xidmətə qəbul meyarlarına uyğun olan şəxslər üçün nəzərdə tutulub. Nazirlik, yüksək texnologiyalar sahəsinə maraqlı olan gəncləri bu təqaüd proqramına qoşulmağa dəvət edir.
Əlavə məlumat üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edilə bilər:
- Telefon: +99410 333-23-24; +99410 333-23-26
- E-mail: [email protected]
- Vebsayt: www.idtech.edu.az
- Qeydiyyat linki: https://forms.gle/p9qkMr7G95iyqAPQ6