Süni İntellekt
DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramını elan etdi
37
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizDaxili İşlər Nazirliyi (DİN) müasir dövrün tələblərinə uyğun yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədilə yeni təqaüd proqramına start verdiyini elan edib. Bu proqram çərçivəsində süni intellekt, kibertəhlükəsizlik, proqramlaşdırma, məhsul sahibi (Product Owner), Linux əməliyyat sistemi, İT biznes analitikası (IT BA) və QA tester mühəndisliyi sahələrinə yönəlmiş təlimlərin keçirilməsi nəzərdə tutulur. Ümumilikdə, 200 nəfər iştirakçının bu proqramdan faydalanması planlaşdırılır.
Təqaüd proqramına seçilən şəxslər üçün 4-8 ay davam edəcək təlimlərin 60%-i Daxili İşlər Nazirliyi tərəfindən maliyyələşdiriləcək. Tədris prosesini uğurla başa vuran və Nazirliyin qəbul meyarlarına uyğun gələn iştirakçılara DİN-də işlə təmin olunmaq imkanı yaradılacaq.
Layihənin əsas məqsədi müasir texnologiyalar sahəsində peşəkar, yerli mütəxəssislərin yetişdirilməsi və Nazirliyin kadr potensialının gücləndirilməsidir. Bununla yanaşı, DİN yüksək texnologiyalar və innovativ sahələrdə fəaliyyət göstərmək istəyən gəncləri bu təqaüd proqramına qoşulmağa dəvət edir.
Əlaqə və qeydiyyat üçün aşağıdakı vasitələrdən istifadə etmək mümkündür:
Telefon: +99410 333 23 24 +99410 333 23 26
E-mail: [email protected]
Web: www.idtech.edu.az
Qeydiyyat linki: https://forms.gle/p9qkMr7G95iyqAPQ6