Google-un süni intellekt əsaslı axtarışının istifadəçi sayı 100 milyona çatdı - Tech Xəbər

Süni İntellekt

Google-un süni intellekt əsaslı axtarışının istifadəçi sayı 100 milyona çatdı

30
Link kopyalandı

37

27.07.2025, 11:31

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Google-un ana şirkəti Alphabet-in maliyyə göstəriciləri ilə bağlı keçirilən brifinqdə şirkətin rəhbəri Sundar Pichai, süni intellekt texnologiyasını əsas alan yeni axtarış rejimi, Gemini 2.5 Pro modeli və Deep Search funksiyası haqda ətraflı məlumat verib. Onun sözlərinə görə, Google-un süni intellekt rejimli axtarış funksiyası artıq ABŞ və Hindistanda ayda 100 milyondan çox aktiv istifadəçiyə sahibdir.

Bu yeni funksiyanın ilkin testlərinə 2025-ci ilin mart ayında başlanılıb. ABŞ-da may ayının sonunda, Hindistanda isə iyulun əvvəlində tam istifadəyə verilib. Ötən həftə isə Google, Gemini 2.5 Pro modelini geniş istifadə üçün təqdim edib. Hal-hazırda bu modelə yalnız Google AI Pro və AI Ultra abunəçiləri keçid edə bilirlər. Bundan əlavə, masaüstü və mobil veb versiyalara Deep Search funksiyası əlavə edilib, lakin bu funksiya hələlik Android və iOS tətbiqlərində mövcud deyil.

Süni intellekt əsaslı axtarışda istifadəçilər modellər arasında keçidi yalnız ilkin sorğunun nəticələri təqdim edildikdən sonra edə bilərlər. Google-un həm süni intellekt rejimli axtarış tətbiqi, həm də ayrıca Gemini çat-bot tətbiqinin mövcud olması ilə bağlı sualları cavablandıran Sundar Pichai bildirib ki, hər iki tətbiqin özünəməxsus istifadə ssenariləri mövcuddur. Onun sözlərinə görə, süni intellekt rejimli axtarış daha çox məlumat yönümlü sorğular üçün uyğundur. Halbuki, Gemini çat-botu daha çox konkret tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulub, o cümlədən video və proqram kodu generasiyası kimi funksiyaları dəstəkləyir.

Pichai bildirib ki, hər iki sahədə paralel işləmək şirkətə innovasiyaları tətbiq etməyə imkan verir. “Zamanla bu tətbiqlərin istifadəsini daha rahat və əlçatan etmək üçün çalışırıq,” - deyə o vurğulayıb.

30
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)