İlon Mask Grok 2.5 modelinin mənbə kodunu açıq elan etdi - Tech Xəbər

Süni İntellekt

İlon Mask Grok 2.5 modelinin mənbə kodunu açıq elan etdi

11
Link kopyalandı

22

25.08.2025, 08:14

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Amerikalı iş adamı və xAI şirkətinin qurucusu İlon Mask, Grok 2.5 çat-bot modelinin mənbə kodunun ictimaiyyətə təqdim edildiyini elan edib. Bu barədə o, "X" (əvvəlki adı Twitter) sosial şəbəkəsində paylaşım edib.

Mask paylaşımında bildirib: "Keçən il bizim ən yaxşı modelimiz olan Grok 2.5 indi açıq mənbə kodu ilə təqdim edilir." O, həmçinin əlavə edib ki, Grok 3 modelinin mənbə kodu təxminən altı aydan sonra ictimaiyyətə təqdim olunacaq.

Grok neyron şəbəkəsinin ilk versiyası 2023-cü ilin noyabr ayında təqdim edilib. Daha sonra Grok-2 modeli 2024-cü ilin avqust ayında istifadəyə verilib. Nəhayət, bu ilin iyul ayında modelin dördüncü versiyası istifadəyə təqdim olunub.

Mütəxəssislərin fikrincə, bu addım süni intellekt texnologiyalarının daha geniş yayılmasına, tədqiqatçıların daha çox imkan əldə etməsinə və sahədə daha sürətli irəliləyişlərə töhfə verəcək. Maskın bu qərarı tədqiqatçılar və texnologiya həvəskarları arasında böyük maraq oyadıb.

11
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)