İqor Babuşkin xAI şirkətindən ayrıldı və yeni fond yaratdı - Tech Xəbər

Süni İntellekt

İqor Babuşkin xAI şirkətindən ayrıldı və yeni fond yaratdı

17
Link kopyalandı

23

14.08.2025, 08:50

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

İlon Maskın süni intellekt startapı xAI-nin həmtəsisçisi İqor Babuşkin şirkətdən ayrıldığını elan edib. O, bu barədə 2023-cü ildə qurulmasında iştirak etdiyi xAI-dən ayrıldığını sosial şəbəkə X (Twitter) vasitəsilə açıqlayıb.

Babuşkin, Babuschkin Ventures adlı özəl fondunu yaratdığını bildirib. Bu fond süni intellektin təhlükəsizliyi sahəsində araşdırmaları dəstəkləməyi və insanlığın inkişafına, həmçinin kainatın sirlərinin açılmasına töhfə verən süni intellekt və agent sistemlərinə yatırım etməyi qarşısına məqsəd qoyub.

İlon Mask, Babuşkini təşəkkürlə yola salaraq onun xAI-nin yaradılmasında və inkişafında əvəzsiz rolunu vurğulayıb.

Babuşkin, ali təhsilini Dortmund Texniki Universitetində alıb və daha əvvəl OpenAI və Google DeepMind-də mühəndis-tədqiqatçı kimi çalışıb. 2023-cü ildə Mask onu xAI-nin yaradılması üçün öz komandasına dəvət edib. Babuşkin qeyd edib ki, süni intellekt vasitəsilə insanlığın inkişafına yönəlmiş bir missiyaya sahib yeni bir şirkət qurmaq onun çoxdan bəri arzusunda olub və bu ideya Maskın baxışları ilə üst-üstə düşüb.

xAI-də çalışdığı müddətdə Babuşkin, Memfis şəhərində güclü bir superklasterin qurulmasına rəhbərlik edib və qabaqcıl süni intellekt modellərinin inkişafını təmin edib. Bu modellərdən biri olan Grok adlı çat-botun əsasını təşkil edən texnologiyalar hazırlanıb. Babuşkin, xAI-yə qoşulmazdan əvvəl də süni intellektin insan ağlını keçmə potensialı ilə bağlı narahatlığını ifadə etmiş və bu texnologiyaların insanlığa fayda verəcək şəkildə istifadəsinin vacibliyini vurğulamışdı.

17
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)