OpenAI və io tərəfindən hazırlanan süni zəka əsaslı cihaz taxıla bilən olmayacaq - Tech Xəbər

Süni İntellekt

OpenAI və io tərəfindən hazırlanan süni zəka əsaslı cihaz taxıla bilən olmayacaq

9
Link kopyalandı

17

26.06.2025, 20:00

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

OpenAI və io startaplarının eşitmə cihazları istehsalçısı Iyo şirkəti tərəfindən məhkəməyə verilməsi ilə bağlı yeni detallar ortaya çıxıb. Məhkəmə sənədlərinin mübadiləsi zamanı süni zəka ilə işləyəcək gələcək cihazın bəzi xüsusiyyətləri məlum olub. Apple-ın keçmiş baş dizayneri Jony Ive tərəfindən təsis edilmiş io startapı, təqdim etdiyi arqumentlərdə bildirib ki, OpenAI ilə birgə hazırlanan cihaz nə taxıla bilən olacaq, nə də qulaqda daşınmaq üçün nəzərdə tutulub. Cihazın bazara çıxışı isə 2026-cı ildən əvvəl mümkün olmayacaq.

Məlumata görə, cihazın tam funksional versiyasını hazırlamaq üçün ən azı bir il vaxt tələb olunur. Hazırda cihazın dizaynı da tam təsdiqlənməyib. Bununla yanaşı, məhkəmə iddiası səbəbindən OpenAI və io şirkətləri OpenAI-nin rəsmi saytından əməkdaşlıqla bağlı istinadları, eləcə də şirkətin rəhbəri Sam Altman-ın Jony Ive ilə əməkdaşlıq perspektivlərini müzakirə etdiyi videonu silməyə məcbur olub.

Iyo şirkəti iddia edir ki, cavabdehlər daxili yazışmalarda cihazı "dünyanın ilk audio-kompüteri" adlandırıblar. Iyo, həmçinin, OpenAI və io-nun onun məhsuluna rəqib bir cihaz yaratmağa cəhd etdiyini və oxşar ticarət nişanından istifadə etdiyini iddia edir. OpenAI isə etiraf edib ki, cihazın hazırlanması zamanı io şirkəti müxtəlif xarici məhsullar alaraq onların dizaynını və funksiyalarını öyrənib. Bu məhsullar arasında 30-a yaxın fərqli istehsalçıya məxsus qulaqcıqlar da olub.

İddiaçı tərəf Altman ilə əməkdaşlıq təklifi barədə yazışmalara da istinad edib. Həmin yazışmalarda Altman bu təklifi rədd edərək, rəqabətli bir məhsul üzərində çalışdıqlarını bildirib. Iyo nümayəndələrinin fikrincə, io və OpenAI cihazın dizayn və funksionallığını Iyo-dan götürərək rəqib bir məhsul hazırlamağı planlaşdırıblar.

Hazırkı vəziyyətdə cihazın bazara çıxışı ilə bağlı qeyri-müəyyənlik davam edir. İddialar və qarşılıqlı ittihamlar süni zəka sahəsində texnologiya şirkətləri arasında artan rəqabəti və hüquqi mübahisələri əks etdirir. Cihazın dizaynı və funksionallığı ilə bağlı daha çox detalların məhkəmə prosesində ortaya çıxacağı gözlənilir.

9
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)