Süni İntellekt

OpenAI və Oracle 30 milyard dollarlıq əməkdaşlığa imza atdı

2
Link kopyalandı

2

06.07.2025, 00:00

Süni İntellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

OpenAI, süni intellekt sahəsində infrastruktur gücünü artırmaq məqsədilə Oracle ilə illik dəyəri 30 milyard dollar olan irimiqyaslı razılaşma imzalayıb. Bu əməkdaşlıq çərçivəsində OpenAI, 4.5 gigavat hesablama gücünə malik bulud infrastrukturundan istifadə hüququ əldə edəcək. Müqavilə, süni intellekt sahəsində bu günə qədər bağlanmış ən böyük bulud texnologiyası razılaşmalarından biri hesab olunur.

Bu razılaşma eyni zamanda OpenAI-nin 2025-ci ilin əvvəlində SoftBank ilə başladığı və qlobal miqyasda nəhəng məlumat mərkəzləri qurmağı hədəfləyən “Stargate” layihəsinin əhatə dairəsini genişləndirir. Layihənin ümumi investisiya dəyərinin 500 milyard dollara qədər yüksələ biləcəyi gözlənilir. İndiyə qədər bu təşəbbüs çərçivəsində təxminən 50 milyard dollar sərmayə yatırılıb.

Layihənin strateji tərəfdaşları arasında Oracle, SoftBank və Birləşmiş Ərəb Əmirliklərinin dövlət investisiya fondu MGX də yer alır. Bununla belə, bu günə qədər layihə çərçivəsində xərclənmiş vəsaitlərə dair rəsmi məlumat verilməyib.

Oracle, Stargate layihəsi çərçivəsində ABŞ-ın bir neçə ştatında yeni məlumat mərkəzləri inşa edəcək. Potensial məkanlar arasında Texas, Miçiqan, Viskonsin, Vayominq, Nyu-Meksiko, Corciya, Ohayo və Pensilvaniya qeyd olunur. Eyni zamanda, ABŞ-da Crusoe şirkəti tərəfindən maliyyələşdirilən və inşa edilən 1.2 gigavatlıq Abilene (Texas) məlumat mərkəzi də genişləndiriləcək.

Razılaşmaya əsasən, Oracle şirkəti süni intellekt modellərinin təlimi və tətbiqi üçün 400,000 ədəd Nvidia GB200 yüksək performanslı qrafik prosessor sifariş edəcək. Bu çiplərin istifadəsi, süni intellekt modellərinin daha effektiv təlimi və tətbiqi üçün nəzərdə tutulub.

Oracle-ın təsisçisi Lerri Ellison, investorlarla paylaşdığı açıqlamada bildirib ki: “Oracle yaxın illərdə dünya üzrə ən çox bulud infrastrukturu məlumat mərkəzi quran və idarə edən şirkət olacaq.”

Oracle bu layihəyə 7 milyard dollar dəyərində ilkin sərmayə yatırmağı vəd edib. 2026-cı ilə qədər isə ümumi olaraq 25 milyard dollar xərcləməsi planlaşdırılır.

2
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)

0:00 / 0:00