Süni İntellekt
Rəşad Nəbiyev Əbu-Dabidə süni intellektlə bağlı müzakirədə iştirak etdi
29
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizRəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Əbu-Dabidə süni intellektlə bağlı təşkil olunan dəyirmi masa müzakirəsində çıxış edib. Tədbir zamanı iki ölkə arasında süni intellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik və insan kapitalının inkişafı sahələrində əməkdaşlığı genişləndirmək üçün böyük potensial olduğu vurğulanıb.
Nazir, Azərbaycanda Milli Süni İntellekt Strategiyasının qəbul edildiyini və bu sahədə tətbiq olunan mexanizmlər barədə ətraflı məlumat verib. Strategiya süni intellektin müxtəlif sahələrdə istifadəsini təşviq etmək, elmi araşdırmaları gücləndirmək və innovativ həllər yaratmaq məqsədi güdür.
Müzakirələrdə tərəflər, süni intellekt texnologiyalarının gələcəkdə iqtisadiyyat, təhsil və ictimai xidmətlər sahəsində necə tətbiq olunacağı ilə bağlı fikir mübadiləsi aparıblar. Azərbaycanın bu sahədəki təcrübəsi və potensialı tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.