Elm və Kosmos
Starlink Qazaxıstanda rəsmi fəaliyyətə başladı
12
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizQazaxıstan vətəndaşları artıq Starlink peyk internet xidmətindən rəsmi şəkildə yararlana biləcəklər. Bu barədə Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Naziri Caslan Madiyev Facebook səhifəsində açıqlama verib. Nazir bildirib ki, bir il ərzində Starlink ilə dövlət qurumları və tənzimləyici orqanlar arasında aparılan danışıqların nəticəsində bu gün Starlink Qazaxıstanı rəsmi fəaliyyət xəritəsinə əlavə edib.
Starlink-in rəsmi statusu vətəndaşlara avadanlıqları qanunlara uyğun şəkildə əldə etməyə və istifadəyə imkan verir. İnternetə qoşulma prosesi Starlink-in xüsusi istifadəçi avadanlıqları vasitəsilə həyata keçiriləcək. Bundan əlavə, Qazaxıstanda Starlink-in rəsmi satışının bu ilin üçüncü rübündə başlanacağı əvvəlcədən elan olunmuşdu. İyunda nazirlik və Starlink şirkəti arasında peyk interneti xidmətinin ölkə qanunlarına uyğun şəkildə göstərilməsi barədə razılaşma imzalanmışdı.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında test rejimində 10 kənd məktəbi Starlink vasitəsilə sürətli internetə qoşulmuşdu. Həmçinin, 2024-cü ilin fevralında Qazaxıstana 500 ədəd avadanlıq gətirilmişdi. Məktəblərin Starlink ilə internetə qoşulması dövlət büdcəsinə təxminən 5 milyon ABŞ dollarına başa gəlmişdi. Bu addım regionlarda təhsilin keyfiyyətinin artırılmasına və internetə çıxış imkanlarının genişləndirilməsinə yönəlmişdi.