Süni İntellekt
Süni İntellekt Sakit Okeandakı Gizli Zəlzələləri Aşkarlayır
14
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizABŞ-ın Vaşinqton Universitetindən olan tədqiqatçılar Sakit Okeanda gizli zəlzələləri aşkarlamaq üçün süni intellektdən istifadə edən innovativ texnologiya hazırlayıblar. Bu barədə xarici KİV-lərə istinadən AZƏRTAC xəbər verir.
Cascadia subduksiya zonası, Juan de Fuca plitəsinin Şimali Amerika plitəsinin altına doğru hərəkət etdiyi bir bölgə olaraq, Sakit Okeanın ən seysmik aktiv ərazilərindən biridir. Okean dibi çatlarının izlənməsi çətin bir prosesdir və mövcud metodlar vəziyyəti tam şəkildə analiz etmək üçün kifayət qədər məlumat təmin etmir.
Bu problemi həll etmək üçün tədqiqatçılar paylanmış akustik zondlama (DAS) metodunu sınaqdan keçiriblər. Bu metod optik lif kabelləri vasitəsilə okean dibindəki vibrasiyaları ölçməyi nəzərdə tutur. Alimlər bu kabellərdən məlumat toplayır və süni intellekt vasitəsilə ənənəvi üsullarla qeydə alınmayan uzaq zəlzələləri aşkar edir. Kiçik zəlzələlər və ya episentri kabellərdən uzaqda olan hadisələr çox vaxt okean səs-küyü arasında itir. Bu barədə məlumat "Seismological Research Letters" jurnalında dərc edilib.
Yeni hazırlanmış alqoritm siqnalı 2,5 dəfə gücləndirə bilir. Proqramın öyrədilməsi prosesində alimlər 2023-cü ildə Alyaskanın Cook körfəzində qeydə alınmış 285 zəlzələ haqqında məlumatlardan istifadə ediblər. Bunun nəticəsində onlar siqnalı izləyərək zəlzələnin episentrini müəyyən edə biliblər. Qeyd etmək lazımdır ki, bu sistem portativdir və minimal hesablama resursları tələb edir.