Süni İntellektlə Təchiz Edilmiş İlk Beyin İmplantı Hazırlandı - Tech Xəbər

Süni İntellekt

Süni İntellektlə Təchiz Edilmiş İlk Beyin İmplantı Hazırlandı

11
Link kopyalandı

18

17.08.2025, 09:34

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Stenford Universitetinin alimləri insan düşüncələrini dekodlaşdırmağa imkan verən qabaqcıl bir beyin implantı hazırlayıblar. Bu yeni texnologiya, nitq pozuntusu olan insanlara yaxın gələcəkdə kömək edə bilər. Təcrübə iştirakçılarının razılığı ilə onların beyinlərinin müəyyən hissələrinə xüsusi elektron matrislər yerləşdirilib. Bu matrislər beynin fəaliyyətini real vaxt rejimində qeydə alaraq əldə olunan məlumatları əvvəlcədən təlim keçmiş süni intellekt modellərinə ötürüb.

Süni intellekt modelləri, neyron siqnallarını analiz edərək onları uğurla dekodlaşdırıb. Proses, neyron siqnallarının şifrəsini açaraq onları tanış nitq vahidlərinə çevirməkdən ibarət olub. Bu nitq vahidləri isə sonda cümlələrə çevrilib. Stenford Universitetinin mütəxəssisləri bu nailiyyətdə süni intellektin xüsusi rolunu vurğulayıblar. Onların izahatına görə, neyron şəbəkə modelləri beyin siqnallarını “hərflərə”, “sözlərə” və sonda “cümlələrə” çevirməkdə yüksək dəqiqlik nümayiş etdirib.

Bu texnologiyanın inkişafı təsadüfi deyil. Alimlər 2017-ci ildən etibarən neyrointerfeys modelinin yaradılması üzərində çalışıblar. İlk dəfə 8 il əvvəl insan beyninə qoşulmuş implantlardan istifadə edilərək təcrübələr aparılıb. Məsələn, iflic olmuş bir kişi motor korteksinə yerləşdirilən hər birində 100 ayrı elektrod olan iki implant sayəsində ekranda bir sıra sözləri “çıxara” bilib. O, hər bir hərfi əlilə səth üzərində yazırmış kimi beynində təsəvvür edib və nəticədə nəzərdə tutulan proses uğurla həyata keçirilib.

Alimlər bu uğurdan sonra işi daha da inkişaf etdirərək ötən il beyin implantının təkmilləşdirilmiş versiyasını hazırlayıblar. Bu versiya düşüncələri oxuna bilən sözlərə çevirməyə və dekodlaşdırma dəqiqliyini 90%-ə çatdırmağa imkan verib. Nəticədə, ötürülən sözlərin sayı dəqiqədə 62 dil vahidinə qədər yüksəlib ki, bu da adi insan danışıq sürətinə yaxındır.

11
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)