Vüsal Qasımov süni intellekt əsasında fərdiləşdirilmiş yanaşmanın vacibliyini vurğuladı - Tech Xəbər

Süni İntellekt

Vüsal Qasımov süni intellekt əsasında fərdiləşdirilmiş yanaşmanın vacibliyini vurğuladı

13
Link kopyalandı

19

26.06.2025, 20:00

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Bakıda keçirilən "FINTEX SUMMIT 2025 - Maliyyə və Texnologiyalar Sərgisi" çərçivəsində Mərkəzi İqtisadi İslahatlar və Kommunikasiya Analizi Mərkəzinin icraçı direktoru Vüsal Qasımov süni intellekt əsasında fərdiləşdirilmiş yanaşmanın vacibliyini vurğuladı. Day.Az xəbər verir ki, Qasımovun çıxışı zamanı fintex sektorunun gələcək perspektivləri və inkişaf istiqamətləri müzakirə olunub.

Vüsal Qasımov qeyd edib ki, fintex sektoru müasir dövrdə prioritet sahələrdən biridir və onun inkişafı ciddi diqqət tələb edir. "2030-cu ilə qədər fintex bazarına 600-700 milyard dollar həcmində investisiyanın cəlb ediləcəyi proqnozlaşdırılır. Azərbaycan da bu sahədə müvafiq işlər görməyi qarşısına məqsəd qoyub," - deyə Qasımov bildirib.

Müasir maliyyə platformalarının digər sahələrlə inteqrasiyasının vacibliyini vurğulayan Qasımov, taksi servislərindən tutmuş müxtəlif ödəniş həllərinə qədər geniş bir sahədə bu inteqrasiyanın önəmli olduğunu söyləyib. O, həmçinin, normativ-hüquqi tənzimləmənin əhəmiyyətini qeyd edib: "Ödəniş sistemləri və çirkli pulların yuyulmasına qarşı mübarizə sahələrində tənzimləmələri gücləndirmək lazımdır."

Süni intellekt əsasında fərdiləşdirilmiş həllərin bank sektorunda tətbiqinin önəmini vurğulayan Qasımov bu yanaşmanın kredit tarixçələrinin analizi və digər istiqamətlərdə böyük imkanlar yaratdığını qeyd edib. "Təhsil və səhiyyə kimi sahələrdə artıq fərdi yanaşmalar geniş şəkildə tətbiq olunur. Bank sektoru da süni intellektdən istifadə etməlidir," - deyə o bildirib.

Qasımov çıxışında "yaşıl" texnologiyaların vacibliyinə də toxunaraq, Azərbaycanın bank sektorunun bu sahəyə iki milyard manat həcmində investisiya cəlb etməyi qarşısına məqsəd qoyduğunu qeyd edib. "Bu trendləri bank fəaliyyətinin platforma modelinə inteqrasiya etməliyik," - deyə o çıxışını yekunlaşdırıb.

13
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)