Elm və Kosmos
Yer kürəsini maqnit qasırğası bürüyəcək
33
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizYer kürəsi yaxın günlərdə maqnit qasırğasının təsirinə məruz qala bilər. Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasının rəsmi məlumatına görə, 20 avqust 2025-ci ildə Bakı vaxtı ilə saat 19:00 radələrində Günəş aktivliyinin növbəti partlayışı gözlənilir. Bu partlayışın yaratdığı maqnit qasırğası G1.0 səviyyəsində təsnif edilir.
Ekspertlər daha əvvəl, avqustun 19-da da maqnit qasırğası proqnozlaşdırmışdılar. Həmin qasırğa bazar ertəsi başlayıb, çərşənbə axşamı səhərə qədər davam etmişdi. Bu dövrdə Bakı vaxtı ilə səhər saat 07:00-dan günortaya kimi təxminən 9 ballıq şkala üzrə 5-ə yaxın gücdə kifayət qədər güclü qasırğa müşahidə olunmuşdu.
Geomaqnit qasırğaları Yer kürəsinin maqnit sahəsinə təsir göstərərək, texnoloji sistemlərdə, o cümlədən rabitə və elektrik şəbəkələrində nasazlıqlara səbəb ola bilər. Bununla yanaşı, insan sağlamlığına da təsir edərək baş ağrıları, yorğunluq və yuxusuzluq kimi problemlər yarada bilər.
Mütəxəssislər bu cür hadisələr zamanı ehtiyatlı olmağı və mümkün texnoloji nasazlıqlar üçün qabaqlayıcı tədbirlər görməyi tövsiyə edirlər.